Icma.az
close
up
RU
Milli dəyərlər, bəşəri amallar

Milli dəyərlər, bəşəri amallar

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda 21 ölkə başçısının imzaladığı “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilə ilə əlaqədardır. Beynəlxalq hüquq təcrübəsində “Rerix paktı” kimi də tanınır. Çox geniş olan mədəniyyət anlayışı, ilk növbədə, cəmiyyətin inkişafının səviyyəsi, insan övladının yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərləri ehtiva edir. Böyük şair və dramaturq Hüseyn Cavid deyib:

Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Çoxəsrlik zəngin mədəni irsə sahib olan Azərbaycanda mədəniyyətin inkişafını hər zaman dövlət diqqət mərkəzində saxlayıb. Ümummilli liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət və incəsənət sahəsində daimi olaraq əsaslı islahatlar aparılır, milli-mənəvi dəyərlərimiz daha da zənginləşir. Memarlıq abidələrinin sayı artır, teatr binaları, konsert salonları yüksək səviyyədə təmir-bərpa edilir, əsl zövq və istirahət məkanlarına çevrilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mədəniyyətə aid proqram və layihələr hazırlayıb həyata keçirməyi, bu sahədəki uğurları təbliğ etməyi, insanların yaradıcı potensialını aşkara çıxarmağı fəaliyyətinin prioritet istiqamətlərindən sayır. Bir çox mədəni irs nümunələrimizin UNESCO-nun mədəni irs siyahısına salınması bu fəaliyyətin aşkar uğurlarıdır. Beynəlxalq festival və sərgilər vasitəsilə dünya mədəniyyətinə inteqrasiyamız da yüksək səviyyədədir. Bu gün Azərbaycanın dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi tanınması ilə fəxr edirik.

Prezident İlham Əliyev milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə bağlılığını, ehtiramını, qayğısını ifadə edərək deyib: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır”. Mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdünün və mükafatlarının verilməsi haqqında çoxsaylı sərəncamları mədəniyyətimizə olan diqqətdir.

Ötən il ölkəmizdə elm, mədəniyyət və incəsənət xadimlərinin şanlı yubileyləri keçirilib. Dövlət başçısı dahi şair Məhəmməd Füzulinin 530, görkəmli bəstəkar Süleyman Ələsgərovun və Xalq şairi Nəbi Xəzrinin 100 illiyinin keçirilməsi haqqında sərəncamlar imzalayıb, il ərzində bu və digər yubileylər silsilə tədbirlərlə əlamətdar olub.

Eyni zamanda, mədəniyyətin inkişafında xidmətlərinə görə tanınmış ziyalılar orden və medallara layiq görülüblər. Tanınmış memar Elbay Qasımzadə “Əmək”, akademik Rafael Hüseynov, şair Baba Vəziroğlu və Əməkdar mədəniyyət işçisi Röya Tağıyeva “Şərəf”, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əskərov (bir qədər sonra dünyasını dəyişib) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər. Milli Arxiv İdarəsinin rəisi, filologiya elmləri doktoru, professor Əsgər Rəsulov və telejurnalist Telli Pənahqızı 2-ci, digər telejurnalist Azər Xəlilov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri alıblar. 150 nəfər incəsənət xadimi Prezident mükafatına, 7 nəfər isə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Onlar Ömər Eldarov, Böyükxanım Əliyeva, Xanlar Həşimzadə, Fərhad İsrafilov, Aqil Məlikov, Sevda Məmmədəliyeva və Laləzar Mustafayevadır. Tanınmış jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli də ötən il fərdi təqaüdçülər sırasına daxil edilib.

Azərbaycan mədəniyyətinə danılmaz xidmətlər göstərən Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə bu beynəlxalq təşkilatın bir qrup əməkdaşı da orden və medallarla şərəfləndirilib. Prezidentin sərəncamı ilə elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının laureatlarının adları açıqlanıb. Texnika sahəsi üzrə Vaqif Fərzəliyev, Həqiqət Cavadova və Əfsun Sucayev, mədəniyyət sahəsi üzrə isə teatr rejissoru Mehriban Ələkbərzadənin fəaliyyətləri dəyərləndirilib.

Mədəni irsin layiqincə dəyərləndirilməsi bu ilin əvvəlindən də davam edir. Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin 140, milli dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvaninin 200, klassik şair Seyid Əzim Şirvaninin 190, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyləri haqqında sərəncamlar imzalanıb. Yeri gəlmişkən, çağdaş klassikin yubileyi həm də bütün Türk dünyasında qeyd olunur – TÜRKSOY 2025-ci ili “Bəxtiyar Vahabzadəni Anma İli” elan edib.

Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Afaq Məsud Prezidentin fərdi təqaüdü, Xalq artisti Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edilib. Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi üçün, ümumilikdə, 100 min manat məbləğində vəsait ayrılıb.

Təəssüf ki, Beynəlxalq Mədəniyyət Günündə soydaşlarımızı Qərbi Azərbaycandan qovub çıxarmış, Qarabağ torpaqlarını işğal etmiş Ermənistanın dövlət səviyyəsində xalqımıza məxsus tarixi abidələrə qarşı faktiki olaraq soyqırımı siyasəti həyata keçirdiyini də yada salmalı oluruq. İrəvanda, Zəngəzurda, Göyçədə, Şuşada və digər əzəli yurd yerlərimizdə erməni vandalları tarixi binaları, abidələri dağıdıb, Yer üzündən silməyə çalışıb, nadir muzey sərvətlərimizi ələ keçirərək öz adlarından dünyaya çıxarıblar. Tarixi saxtalaşdırmağın ustası olan haylar qala, məscid, hamam, karvansaraylarımıza özlərinə aid “mənsubiyyət yamağı” vurmaqdan da çəkinməyiblər. Bu, həm onların oğurluq xislətindən, həm də Ermənistan adlı uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq niyyətindən irəli gəlib. Nə yaxşı ki, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəmizin sayəsində Qarabağ və Şərqi Zəngəzuru alaraq, olub-qalan tarixi kodlarımızı tamamilə itib-batmaqdan xilas elədik. İndi o yerlərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu tədbirlər tarixi-mədəni abidələrimizə də aiddir. Elə bu ilin fevralında Prezidentin Ağdamda “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və Xocalı şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı sərəncamlar imzalaması son dərəcə təqdirəlayiqdir.

Dövlətimizin başçısının ötən il sentyabrın 30-da Bakıda böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında bildirib: “Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”...

Şərq mədəniyyəti ilə sıx bağlı olan, eyni zamanda, Qərb mədəniyyətinə biganə qalmayan Azərbaycanda bu sahəyə dair qanunlar daimi işləkliyi ilə xarakterizə edilir. Biz daxil olduğumuz beynəlxalq mədəniyyət qurumlarında təkcə öz mədəniyyətimizi təbliğ etməklə, yaxud dünya mədəniyyətinin Azərbaycanda təşviqi ilə məşğul olmuruq. Bu yolla dünya mədəniyyətinin yaranmasında və inkişafında da yaxından iştirak edirik.

Ə.DOSTƏLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see228

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see216

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see214

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see211

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see207

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see202

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see196

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see196

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see191

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see189

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see185

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see185

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see184

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see183

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see182

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see182

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see177

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri