Icma.az
close
up
RU
On il qabaq müəllimimin mənə dedikləri... Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... Ulucay Akif

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Babək Məmmədlinin “Payız melanxoliyası” hekayəsi haqqında Ulucay Akifin yazısını təqdim edir.

Bilənlər bilir, Jurnalistika fakültəsində təhsil almışam, amma elə tələbəlik illərimdən bədii nələrsə yazmağa çalışmışam. Jurnalistika fakültəsinin tələbələri bədii nəsə yazmaq ehtiyacına o qədər də isti baxmırdılar, deyirdilər ki, şeir, hekayə yazmaq istəyirsənsə get Filfakda oxu da...

“Ədəbi redaktə” fənnini mərhum Ayaz Musayev tədris edirdi mənə. O da rəhmətlik Xalq yazıçımız Qılman İlkinin oğlu idi. Üzrlü sayın, çox keçmişdən gəlirəm, amma sözümün canı var.

Ayaz müəllim bir dəfə mühazirələrdən birində üzünü mənə tutub dedi:

“Bədii əsər yazmaq gözəldir. Şeir, hekayə, roman... Yazıçı bütün ömrü boyu bircə dənə hekayə, ya roman yazsa da, bir dənə şeirlər kitabı çıxsa da ömürünün axırına kimi yazıçı, şair kimi qalır. Amma jurnalist bircə gün xəbər yazmasa, reportaj hazırlamasa, artıq jurnalist deyil”.

Bəlkə də, tələbəlik illərimdə, hələ hər şeyi götür-qoy elədiyim vaxtlarda yazmaq eşqimin sönməməsi üçün mütləq eşitməli olduğum cümlə idi bu.

On il qabaq müəllimimin mənə dediklərini Babək Məmmədlinin hekayəsi haqqında fikirlərimi yazarkən xatırlamağımın da səbəbi var.

Babək Məmmədlidən ilk oxuduğum mətn “Sevgi şəhəri” hekayəsi idi. Yəqin Babək o hekayədən sonra bir də əlinə qələm almasa belə mən onu həmişəlik gözəl yazıçı kimi yaddaşıma həkk edəcəkdim.

Hə... Yəni cəmi bir gözəl mətn də müəllifi sevdiyin müəllif kimi yaddaşda saxlamağa kifayət edir.

Bir müəllifdən çox gözəl, əla bir mətn oxumağın pis tərəfi də var: o yazıçının hər növbəti mətninə olan gözləntin daha da yüksək olur.

“Payız melanxoliyası” hekayəsindən də gözləntim elə idi. İlk cümlədən bu gözləntimin əbəs olmadığını gördüm:

“Yuxulu gözlərində yol fənərlərinin işıqları bulanıb yayılmağa başlayanda maşını kənara çəkməli olduğunu qətiləşdirdi; Balaxanının mazut qoxulu çöllərindən şəhərin girişinə kimi mürgüləyə-mürgüləyə – Allah umuduna sürüb gəlmişdi”

Yuxulu, yorğun, dilxor sürücünün əhvalına uyğun, boz, qaranlıq küçələrlə şütüyən təhkiyə oxucunu yavaş-yavaş ünvana aparmağa başlayır. O ünvanda səni nə gözlədiyini bilmirsən, elə taksinin arxa oturacağında əyləşib obrazları müşahidə eləyə-eləyə gah hekayənin içinə, gah da yola boylanmağa başladım.

Müəllif məni (oxucunu) sürücü ilə eyni əhvala kökləyəndən sonra arxa oturacaqdan yavaş-yavaş önə, sükan arxasına keçdiyimi hiss elədim. Yəqin müştəriyə mən də ən az sürücü qədər qıcıqlandım.

Amma bəzi məqamlarda müəllifin özünə də qıcıqlanırdım. Çünki bəzi hissələrdə müştərinin rusdilli birinə xas dildə danışmadığını hiss edirdim:

“Tuvalu deyib keçməyin, müəllim. Nə olub ki, Tuvaluya? To est, müstəqil ölkədir, BMT-nin üzvüdür. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən də onlardır. Təsəvvür edin, ölkənin ən yüksək nöqtəsi dəniz səviyyəsindən cəmi dörd-beş metr hündürdədir. Dəniz qalxsa, adalar su altında qalacaq. O cümlədən Amazon meşələri; quraqlıqdan sürətlə məhv olur. Türkiyədə olan meşə yanğınları yadınızdadır?”

Dialoqlarda rusdilli gəncin işlətdiyi bəzi cümlələrdə elə ifadələr, elə sözlər var idi ki, o sözləri nəinki rusdillilər, heç Azərbaycan dillilər də adi danışıqlarında istifadə etmirlər.

Mətndə dialoqların təbiiliyi ən çox diqqət etdiyim məqamdır. Bu hekayədə bir-iki yerdə dialoqların kökdən düşdüyünü hiss elədim. O məqamlarda oxucu kimi əyləşdiyim “taksi” bəzən şəhərin yamaqlı yollarında çala-çuxura düşüb məni narahat elədi.

Armatur haqqında uzun-uzadı söhbət, Vısotski və Jan Qaben haqqında əhvalatlar da çox ürəyimcə olmadı. Bu söhbətlər sürücü ilə müştəri arasındakı söhbətlərdən çox müəllifin özünün etmək istədiyi söhbətə oxşadı. Açığı, mən inanmıram ki, Azərbaycanda sürücü ilə müştəri Vısotski və Jan Qaben haqqında bu qədər dolğun söhbət edə.

Məncə, ortayaşlı sürücü ilə rusdilli gənc arasındakı fərqləri və oxşar nələrisə daha həyati, daha məişət zəminində söhbətlərlə daha dəqiq göstərmək olardı.

Mətn boyu nəsə gözlədim. Bilmirəm nə, amma gözlədim. Gözlədim ki, nəsə olacaq, indi olacaq, bu döngədən burulandan, bu küçədən keçəndən, bu prospektdən çıxandan sonra nəsə olacaq... amma olmadı.

Yəqin müəllifin istədiyi də bu idi, heç nəyin olmamağı.

Sürücü ünvana, yazıçı mətləbə çatanda mən də oxucu kimi hələ arxa oturacaqda əyləşib “maşından” düşmək istəmədim.

Hekayənin gözəl, yoxsa ortabab, ya zəif olduğunu başa düşmədim. Amma hər halda, yazın ortasında, əhvalımın əla olduğu vaxtda bu hekayəni oxuyandan sonra payız melanxoliyasını ruhumda hiss elədimsə, deməli, hekayə alınıb.

Amma bu alınmağı sevdimmi? Elə düşünmürəm.

“Park” Nəşriyyat Evinin təqdimatı oldu Bu gün Rostropoviçin doğum günüdür Əli Nur kimdir?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri