Icma.az
close
up
RU
Yalan və görüntü üzərində qurulan futbolumuz və ya bitməyən nağıllar...

Yalan və görüntü üzərində qurulan futbolumuz və ya bitməyən nağıllar...

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

RƏŞAD QASIMOV

Otuz ildən artıqdır ki, eyni nağılı dinləyib, eyni serialı izləyirik. Nağılın "qəhrəmanları" dəyişsə də, sonu eyni bitir. Yenə Məlikməmməddin qardaşları ipi kəsib onu quyuya salırlar. Serialda da yenilik yoxdur. Uzağı aktyorlar və rejissor dəyişir, faciə isə davam edir...

Bu gün yenə özünü mütəxəssis hesab edənlər mətbuata bir-iki açıqlama verib uşaq futbolundakı problemləri qabardacaq, futbolumuzun bu gündə olmasını uşaq futbolundakı çatışmazlıqlarla əlaqələndirəcəklər. Uzağı sabah da bu yöndə danışılacaq və bununla da hər şey yaddan çıxacaq. Bir də iyunda serialın yeni bölümləri (yeni məğlubiyyətlər olanda) efirə çıxanda eyni məzmunda açıqlamaları oxuyacağıq...

Azərbaycan futbolunda hamı bir-birini aldadır. Hamı özündən vəzifəcə böyük olana "inkişaf edirik, uzağı 5-6 ilə çəkdiyimiz işin bəhrəsini görəcəyik" kimi yalan söyləyir. Ən pisi də odur ki, həmin vəzifəcə böyük funksioner də bilir ki, qarşısındakı ona "nağıl" danışır. Sadəcə, eşitdiyi yalan o qədər şirin və sərfəlidir ki, özünü korluğa vurur, real durumu düzgün qiymətləndirə, ağı qaradan seçə bilmir. Daha dəqiq desək, seçmək istəmir... Çünki, bu yalan hər iki tərəfə sərf edir.

Bəs millimizin bu gündə olmasının günahı kimdədir? Fernandu Santuşda, bəlkə futbolçularda? Yox əzizlərim nə portuqaliyalıda, nə yığmanın formasını geyinənlərdə. Faciənin kökündə görüntü və yalan üzərində qurulmuş futbol sistemi dayanır...

500 manata alınan C kateqoriyası, Biləcəridən o tərəfə keçməyən uşaq məşqçiləri, süni meydanlar, inventar çatışmazlığı... Ölkə futbolunu irəli getməyə qoymayan, əksinə, geri aparan bu nüanslardır. Azərbaycan tək Bakıdan ibarət deyil. Müxtəlif yaş qrupu üzrə bölgələrdə təşkil olunan liqaları bir dəfə izləmək kifayət edir ki, futbolla yox, imitasiya ilə məşğul olduğumuzu görə bilək. Sonra da deyirik ki, yığma komandamız niyə bu gündədir? Yeni nəsil gəlmir, qarşıdakı illərdə bundan da beşbetər nəticələr olacaq ki, buna şübhəniz olmasın.

O ki qaldı, millinin son iki yoxlama görüşündəki nəticələrinə, alışdığımız duruma görə niyə əsəbləşirik? Nə Haiti, nə də Belarusla matçda millidə məşqçi işi görünmədi. Santuşun gəlişi ilə ölkənin əsas komandasında nə dəyişiklik olub? Ümumiyyətlə heç nə! Bilinmir ki, komanda müdafiə, yoxsa hücum futbolu oynayır. Əvvəllər yenə pis-yaxşı müdafiə olunmağı bacarırdıqsa, artıq bunu da itirmişik. Hücum qısır, müdafiə etibarsız, yarımmüdafiə yaradıcılıqdan kəm... Daha nə qaldı? Yığmanın son iki oyununda bir müsbət məqam yoxdu ki, nəyisə qeyd edəsən...

Yenə görüntü və yalana qayıtmaq istəyirəm. Bəzi yoldaşlar "futbol oynamağı bacarmırıqsa niyə "Qarabağ" avrokuboklarda uğurlu çıxış edir?" deyib, problemi başqa yerdə axtarmaq istəyir. Ay qardaşlar, bu fikiri dəstəkləyənlər, siz hələ də anlamırsız ki, Qurban Qurbanovun komandasının üznü ağardan legionerlərdir?! Niyə həmin Toral, Elvin, Şahruddin, Aleksey eyni futbolu yığmada nümayiş etdirmir? Səbəb çox sadədədir. Səviyyə və keyfiyyət aşağıdır. Yoxsa, top həmin top, meydan həmin meydan. Yığmada fərqli nə var?

Sonda Fernandu Santuşla bağlı fikirlərimi bölüşmək istəyirəm. Bu mütəxəssis bizi yeni mərhələyə daşıyacaq biri olmayacaq. Titullu, təcrübəli məşqçidir ki, buna şübhəm yoxdur. Ancaq bizə reklam üçün mütəxəssis yox, gənc və enerjili, yığma üzvlərinə futbol oynamağı öyrədə biləcək məşqçi lazımdır. Elə məşqçi ki, futbolçularımıza hər şeyi sıfırdan öyrədə biləcək biri...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri