Icma.az
close
up
RU
Yalançı seyidlər: Peyğəmbərin doğma vətənində seyid yoxdur

Yalançı seyidlər: Peyğəmbərin doğma vətənində seyid yoxdur

Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yalançı seyidlər: Peyğəmbərin doğma vətənində seyid yoxdur

Din deyəndə əvvəllər Azərbaycanımızda insanlara ya seyid, ya da molla kimi baxırdılar. Çünki bu iki söz dəb şəklini almış və zaman-zaman dini cəhətdən az biliyə malik olan insanları aldadaraq özlərini əsl müsəlman kimi qələmə verən bəzi fırıldaqçıların yolu olmuşdur. İndi isə daha o dövrlər getdi. Artıq Azərbaycan insanları dini cəhətdən maariflənir və mümkün olan resurslardan istifadə edərək öz dinlərini daha da dərindən öyrənməyə çalışırlar. Son aylarda ən çox oxucuların marağına səbəb olan xeyli suallar cavablandırılır və oxucularımızı narahat edən bir çox suallara onlar yerindəcə cavab ala bilirlər. Belə suallardan biri də bugünlərdə bizə ünvanlandı. Oxucunu maraqlandıran əsas sual isə aşağıdaki kimidir.

Sual (Orxan, Bakı): Azərbaycanda Peyğəmbər nəslindən olan seyidlər varmı? Seyid sözünün mənası nədir?

Cavab: “Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sonra gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal-hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq, görərik ki əksər insanlar iddia edirlər ki, Peyğəmbərin nəslindəndirlər.

Biz 6 il Peyğəmbərimizin şəhəri olan Mədinə şəhərində qaldıq, lakin bir nəfər də olsun belə özünə seyid deyən və Peyğəmbərimizin nəslindən olduğunu iddia edən şəxsə rast gəlmədik. Əgər Peyğəmbərimizin şəhərində belə bir insan tapmaq mümkün deyilsə, necə olur ki Azərbaycanda belə insanlar doludur? Bir az düşünsək bunu daha yaxşı başa düşərik.

Bir şeyi də qeyd edək. Özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin nəslinə yaraşmaz işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır”. Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər? Əlbəttə ki ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir.

Odur ki Azərbaycanda Peyğəmbərimizin nəslindən olan heç bir şəxs yoxdur.

YƏHUDİ MƏNŞƏLİ SÖZ – “MİR”. Kamran Nuriyev adlı istifadəçi facebook.com saytında maraqlı açıqıma ilə çıxış edib.

Mir Şahin, Mir Mövsüm, Mir Xanlar və sairə “Mir”-lər. Əksəriyyət, həmçinin “Mir” adlarını daşıyan adamlar elə zənn və iddia edirlər ki, guya “Mir” ilə başlayan adlar Rasulullah (salləllahu aleyhi və səlləm)-in nəvələridir (nəslindəndir). Amma bu belə deyil. Bu yalan, böhtan, bidət və xurafatdan başqa bir şey deyil. Gəlin məsələni birlikdə və daha dəqiq araşdıraq.

1) Ərəb dilində “Mir” sözü yoxdur.

2) İslam terminləri arasında “Mir” sözünə rast gələ bilmərsiniz.

3) Ərəblərdə “Mir” ilə başlayan ad heç vaxt olmayıbdır. İndinin özündə də yoxdur.

4) İslam tarixində “Mir” ilə başlayan bir şəxsiyyət belə yoxdur.

5) Heç bir zaman Allahın elçisi Məhəmmədə “Mir Məhəmməd” deyilməyibdir.

6) Heç vaxt İmam Əliyə, yaxud İmam Həsən və Hüseynə, onların nəslindən olanlara “Mir Əli, Mir Hüseyn, Mir Həsən, Mir Cəfər Sadiq” deyilməyibdir. Çünki nə İslamda, nə də Ərəb dilində “Mir” sözü yoxdur.

Bəs “Mir” sözü haradan yaranıb? Hansı dilə, millətə mənsubdur?..

“Mir” sözünün mənşəyi Yəhudi dilinə aiddir. Yəhudi dilində belə bir söz var : Mar, Mer, Mir - mənası “cənab” deməkdir. Bu söz indi də məşhurdur. Məsələn, “Мер города”, yəni şəhərin Cənabı. Bu ruslarda da var; Мир Слав, Мир Николай, Мир Влад və yaxud Влади Мир.

Yəhudi-xristian adlarında belələri çoxdur. Misal: Mirnes, Mirabella və.s

Roma papsının adı hətta “Merio”-dur. Habelə yəhudi adları olan Miriya, Meriya, Mariya, Marina, Merianna isimləri yəhudi dilində “Xanım” deməkdir.

mənbə: Litparad.az, Azərislam.com .

Oxuməni.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 30 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri