Icma.az
close
up
RU
Yalançı hamiləlik

Yalançı hamiləlik

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Yalançı hamiləlik (və ya psevdohamiləlik) kifayyət qədər nadir psixiki-fiziolioji vəziyyətdir.

Hamilə olmayan qadın birdən-birə özünü hamilə kimi hiss etməyə başlayır - menstruasiyalar kəsilir, süd vəziləri böyüyür, səhərlər ürəkbulanması olur, qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın tez yorulur və s. Qadının qarnı böyüməyə başlayır. Bəzi qadınlar hətta dölün tərpənməsini "hiss edirlər". Nəzərə almaq lazımdır ki, psevdohamilə qadın heç kimi aldatmır, hiylə etmir, o, həqiqətən hamiləliyi hiss edir və yaşayır.

Bu vaxta kimi tibbdə bu vəziyyətin səbəbi aşkar olunmayıb.  Həkimlər bunu psixiki pozulma kimi qiymətləndirir, lakin psevdohamilə qadının orqanizmində olan fizioloji dəyişiklikləri tibb nöqteyi-nəzərdən izah edə bilmirlər.

Psevdohamiləliyi həmçinin "isteriyalı hamiləlik" adlandırırlar. Belə hamiləlik güclü emosional həyəcanlar və ya psixi sarsılmalar yaşayan çox həssas  qadınlarda müşahidə olunur. Bir çox hallarda psevdohamiləlik 35 yaşından yuxarı olan sonsuz qadınlarda müşahidə olunur. Hər bir konkret halda səbəblər müxtəlif ola bilər:

- qadın inanır ki, hamiləlik onun ailəsini dağılmaqdan saxlayacaq,

- qadın illər ərzində sonsuzluqdan müalicə alır, lakin lazım olan nəticə əldə olunmur,

- qadın faciəli şəkildə uşaq itirib,

- qadın menopauza dövrünə yaxınlaşır, lakin onun uşağı yoxdur,

- qadının bacısı və ya yaxın rəfiqəsi hamilədir və bu ona çox güclü emosional təsir edib.

Psevdohamiləlik həmçinin uşaq istəməyən və ya hamiləlikdən və doğuşdan dəhşətli dərəcədə qorxan qadınlarda müşahidə oluna bilər.

Lakin bəzən belə hamiləliyin səbəbi hormonal pozulmalar və ya kiçik çanaq şişləri ola bilər.

Bəzən psevdohamiləlik zamanı hamiləlik testi müsbət nəticə göstərir, əksər hallarda isə nəticə mənfi olur. Psevdohamiləliyin diaqnozu USM-i nəticəsində qoyulur - qadında hamiləliyə xas olan əlamətlər (uşaqlıqda dölün olması və s.) aşkar olunmur. Əksər hallarda bu diaqnoz qadına çox ağır təsir edir. Bir çox hallarda həkimin izahatı və yaxınların qayğısı və psixoloji köməyi qadına bu vəziyyətdən çıxmağa kömək edir. Tədricən "hamiləliyin" simptomları da yox olur. Qadına psixoterapevtin köməyi də lazım ola bilər.

Lakin bəzi qadınlar diaqnoza inanmır, həkimin dediklərini dərk etmək istəmir,  ətrafdakılara qulaq asmır, özünü qeyri-normal aparır. Bu halda qadına psixiatrın köməyi lazım olur. Psixiatr qadına xüsusi müalicə təyin edir.

Bəzən psevdohamiləlik şizofreniya (psixi xəstəlik) fonunda qadınlarda və hətta kişilərdə müşahidə olunur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri