Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

3 aylıq olanda nə baş veribsə xatırlayır

Ceyranbatanda toyda dava Biri komadadır

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

124 min peyğəmbərin bacarmadığını...

124 min peyğəmbərin bacarmadığını...

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Üç-dörd həftə əvvəl elə bu saytdaca Kremlin "baş kahini” Aleksandr Duqin haqda "Savadlı kim, ağıllı kim, Duqin kim?” adlı yazı yazmışdıq və qeyd etmişdik ki, savadı olsa da, ağlı yoxdur. 

Ötən həftə oxudum ki, adam yuxuda Allahı "görüb”! Təsəvvür edirsinizmi? Odur ki, "əstəğfirüllah” deyin, salavat çevirin, zikr edin ki, özümüz belə "yuxular” görməyək! 

Deyilənə görə, dünyada 124 min peyğəmbər olub və heç birinə də Allahı görmək qismət olmayıb!

Digərlərini bilmirəm, amma söylənilir ki, Musadan tutmuş Məhəmmədədək bütün peyğəmbərlərə Tanrının buyuruqlarını mələklər, xüsusən Cəbrayıl çatdırırmış – hər halda, ilahiyyat adamları və əsas da Kitablar belə deyir. 

Belə çıxır, Duqin cənabları ilk bəni-adəmdir ki, Tanrını görə bilib, hələ azmış kimi, guya dünyaların yaradıcısı onun yuxusuna rus qiyafəsində gəlib! 

Yenə deyirəm: "əstəğfirullah” deyin, salavat çevirin və zikr edin! 

Cənab Duqinəsə məsləhət bilərdim: Kremlin klinikasında yaxşı psixiatr olmamış deyil, özünü bir onlara göstərsin...

Duqini əcaib yuxular Bakı və İrəvan liderlərinin Vaşinqton görüşündən sonra, bir də Şanxay Əməkdaşlıq Təşkilatının son sammiti ərəfəsində təqib etməyə başladı. Odur, deyirik: kişi, özünə gəl, ağlını itirmə, siyasət əsəbləri zəif olanlarçün deyil.

Vaşinqton haqda çox danışılıb, Pekin sammitinə gəldikdə, bu, onunla əlamətdar idi ki, Azərbaycan çox kiçik ölkə olsa da, böyük geoqitisadi layihələri və planları var. Hamısının da ucu Çinə bağlanır – hətta gələcək Zəngəzur dəhlizinin də. 

Çinin ŞƏT-də olması təşkilatı Rusiyanın geosiyasi inhisarından çıxarır. Pekinlə Moskva hələ yaxşı qonşulardı, gəl, daim belə olacaqmı? Düzü, böyük şübhəmiz var.  

Rusiyanın ümidləri tək ŞƏT-lə bağlı deyildi, Moskvanın BRİCS-dən də  böyük gözləntiləri vardı. Nə oldu? Alındımı? Əlbəttə, yox! Hətta  rusiyalı siyasi təhlilçilər neçə il əvvəl yazırdı ki, BRİCS-dəki dövlətləri iddiadan başqa heç nə birləşdirmir və onların heç biri Qərbdən, xüsusən NATO-dan Rusiya qədər "yanıqlı” deyil. 

İddialarsa imkanlara adekvat olmalıdır. Odur, BRİCS ölkələrinin liderlərini sadəlövh saymayaq, onlar özlərinə nəyin lazım olduğunu heç də "Kreml münəccimləri”ndən, Rusiyanın "baş kahin”i cənab Duqindən az bilmirlər.

Çinə hazırda daha çox bazarlar və yollar lazımdır. Maraqlısı budur ki, çox təhlilçilər tələsik mərkəzi Çin olacaq yeni geosiyasi arxitekturadan yazırlar, fəqət, tələsməyək. 

Yeni Dünya təhlükəsizlik arxitekturası qurmaq asan deyil. Bununçün zəruri hərbi-təhlükəsizlik infrastrukturası olmalıdır. Belə arxitekturaya hələ yalnız ABŞ və qismən Rusiya malikdir; sonuncunun da öz cırtdan NATO–su var. Hə, söhbət KTMT-dən gedir, hansı ki, türk dövlətlərinin sayəsində mövcuddur və amorf institutdur. 

Kreml sonuncudan ürəyincə faydalana bilmir: məsələn, Minski (o da fəal deyil) çıxmaqla, demək olar, digər KTMT dövlətləri Moskvanın Ukrayna avantürasına qoşulmur, Kreml Şimali Koreyanı bura qatmaq məcburiyyətindədir.  

NATO-ya gəlidikdə, görün, on illər ərzində ABŞ və Avropa dövlətləri nə boyda hərbi şəbəkə yaradıb! Neçə dövlətin ərazisində ABŞ və yaxud da NATO-nun bazaları var! 

Böyük hərbi və təhlükəsizlik infrastrukdurudur bu! Sözsüz, Çinin də böyük iqtisadi, xüsusən demoqrafik resursları var. Amma onun yeni güc alyansına çevrilməsi yalnız zaman məsələsi deyil, baxmayaraq, yaxın illərdə Pekinin dünyanın ikinci nüvə dövləti olacağı proqnozlaşdırılır: hazırda üçüncü yerdədir. 

Bəzi incə məqamlar da var. Sonrasını bilmirik, amma NATO vaxtilə həm də müəyyən siyasi-iqtsadi dəyərləri bölüşən ölkələrin hərbi alyansıydı. Çin belə "geosiyasi kondensasiya mərkəzinə” çevriləcəkmi? Məsələn, istəyərikmi ərazimizdə Çinin bazası olsun? 

Razılaşın, suala kimsə "hə” deməyə tələsməz. Pekin özü də bu statusa can atımır, əvvəldə qeyd etdiyimiz kimi, ona yalnız bazarlar və yollar lazımdır. Ütsəgəl, Çinin Avropa ilə yarımtrilyonluq ticarəti var, güman, ABŞ-la da az deyildir. Çin indi bundan imtina edib Moskvanın geosiyasi avantüralarına qoşularmı? 

Çini geosiyasi çəkişmə meydanına itələməyə iki dövlət cəhd edir. Biri Rusiyadır və onu özünün alətinə çevirmək istəyir. Digərisə ABŞ-dır ki, onu da Çinin rəqib ola bilməsi ehtiyatlandırır. Problem bundadır. Elə bu səbəbədən gəlin düşünməyək ki, yeni dünya dizaynı qurmaq asan məsələdir. Belə deyil, bir günün, ayın, hətta ilin də işi deyil. Əvvəldəki sualımızı təkrar edirik: burada əsas maneə doğrudanmı yalnız zamandır?

Bakı Çinlə sıx əlaqələr qurmaqda düz edir. Pekin perspektivli geoiqtisadi partnyordur. Qərbi, ABŞ-ı demirik, Pekinlə Moskvanın geosiyasi iddialarını çərçivəyə salmaq olar: Mərkəzi Asiya-Türküstan da belə edir. Neçə illərdir yazırıq ki, iqtisadi-texnolji inkişaf tək Qərbdə, xüsusən Avropada lokallaşmayıb, Uzaq Şərqdə, Cənub–Şərqi Asiyada iqtisadi möcüzələr baş verir. 

Nitşenin sözü vardı: mənə qayıtmaqçün məni inkar et! Bu ölkələr Qərbin resepti, "iqtisadi mentalitet”ilə xeyli irəlilədi. 

Vaxt gələcək, onun siyasi dəyərlərinə də qayıdacaqlar. Onlar da (kiçik istisnalarla) universaldı, daha duqinlərin iddia etdiyi kimi, yəhudi və anqlo-saks düşüncəsinin məhsulu deyil, bəşəriyyətindir, çünki azı eyni planetdə yaşamağımız birləşdirir hamımızı.

Amma sammitdən kiçik detal. Yoldaş Sini hərbi mundirdə göstərdilər. Necə Stalinə oxşayır! Təkcə bığları çatmır! Yadıma düşdü ki, yoldaş Stalin də gürcüdən çox monqola bənzəyirdi. Hətta bəzi tarixçi-konspiroloqlar yazırdı ki, guya yoldaş Koba Çingiz xanın nəslindəndır! Gülməlidir, deyilmi? 

Bəlkə yoldaş Si də çinli yox, gürcüdür? Nə isə! Bir az zarafat etmək istədim...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1045

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see582

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see336

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see310

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see308

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see307

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see301

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see260

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see234

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see210

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see195

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see194

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see192

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see192

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see187

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see186

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see184

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see176

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see173

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri