Icma.az
close
up
RU
Yalçın Rəfiyev Türkiyədə COP30 a dair konfransda iştirak edib

Yalçın Rəfiyev Türkiyədə COP30 a dair konfransda iştirak edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 31 may, AZƏRTAC

Xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev 30 may 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən “COP29 ilə COP30-u birləşdirmə: diplomatiya, fəaliyyət və iqlimə dair qarşıdakı yol” adlı konfransda iştirak edib.

XİN-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə İstanbulda akkreditə olunan beynəlxalq təşkilatlar, baş konsulluqlar və beynəlxalq medianın nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində baş tutan panel müzakirələrində nazir müavini Y.Rəfiyev ilə yanaşı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, Boğaziçi Universitetinin rektor müavini professor Gürkan Selçuk Kumbaroğlu və VAT Enerji şirkətinin baş meneceri Murat Altuğ Karataş iştirak edib.

Tədbirdə çıxış edən Y.Rəfiyev COP29-da qəbul edilən qərarların tarixi əhəmiyyət kəsb etdiyini, xüsusilə iqlim maliyyəsinə dair əldə edilmiş nəticənin BMT sistemində danışıqlar yolu ilə razılaşdırılan ən böyük iqlim maliyyəsi qərarı olduğunu və bunun daha əvvəlki maliyyə hədəfini üç dəfə artırdığını bildirib. Hazırda COP29-dan gələn mandat əsasında Azərbaycan və Braziliya Sədrlikləri tərəfindən iqlim maliyyəsinin 1,3 trilyona qaldırılması ilə bağlı “Bakıdan Belemə Yol Xəritəsi”nə dair hesabatın hazırlanması üzərində iş aparıldığı və həmin hesabatın COP30-da təqdim edilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Nazir müavini tərəfindən Paris Sazişi qəbul edildikdən keçən 10 il ərzində onun 6-cı maddəsi üzrə nəticəsiz qalan danışıqların məhz Bakıda Azərbaycanın liderliyi altında razılaşdırılması və beləliklə, karbon ticarətinə dair mexanizmin fəaliyyətə başlamasının digər mühüm tarixi hadisə olduğu bildirilib.

Danışıqlar istiqaməti ilə yanaşı COP29 Sədrinin Fəaliyyət Planı çərçivəsində mühüm təşəbbüslərin elan edildiyi və onlara qoşulan dövlət və qeyri-dövlət aktorlarının sayının mütəmadi olaraq artdığı diqqətə çatdırılıb.

Həmçinin, nazir müavini Türkiyənin COP31-ə ev sahibliyi etməyə layiqli namizəd olduğunu vurğulayıb və bu istiqamətdə qardaş dövlətə uğurlar arzulayıb. Növbəti COP-a ev sahibliyi haqqının Türkiyə tərəfindən qazanılması halında, Azərbaycanın özünün uğurlu təcrübəsini qardaş dövlətdən olan həmkarları ilə paylaşmağa və zəruri dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Səfər çərçivəsində Y.Rəfiyevin Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq üzrə D8 Təşkilatının Baş katibləri ilə ikitərəfli görüşləri baş tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 00:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri