Icma.az
close
up
RU
Yalçın Topçu yazır: Şəhidlərimiz Azərbaycanda sakit uyuyur

Yalçın Topçu yazır: Şəhidlərimiz Azərbaycanda sakit uyuyur

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

XX yüzilliyin ilk dönəmlərində dünya tarixində önəmli hadisələr baş verirdi. 

Birinci Dünya müharibəsinin başlanması, çar Rusiyasının dağılması, Sovet Sosialist Respublikaları İttifaqının yaranması və sair. Sultan Türkiyəsinin yerində müasir Türkiyə Cumhuriyyətinin yaranması uğrunda Qazi Mustafa Kamal Atatürkün baş komandanlığında bütün dünyaya qarşı verdiyimiz azadlıq və istiqlal mücadiləsi sonda dünya dövlətləri arasında öz mühüm yerimizi tutmaqla nəticələndi.

1918-ci ildə və ondan da əvvəl Rusiya imperiyası və İngiltərə kimi ölkələr qədim türk dövləti olan can Azərbaycanı parçalayıb öz aralarında bölüşdürmək üçün Cənubi Qafqazda fəal hərəkata başladılar. Burada onlar ən çox silahlı erməni birləşmələrinin gücündən istifadə edirdilər. Həmin dönəmdə Cənubi Qafqazda və güney Anadolu bölgəsində erməni çətələrinin əli ilə dünyanın gözü qarşısında müsəlman türklərə insanlığa qarşı ağılagəlməz cinayətlər işlədirdilər.    

Baxmayaraq ki, Osmanlı dövləti bir neçə cəbhədə düşmənlə savaşırdı, hərbi gücü tükənmişdi, amma bütün imkansızlıqlara rəğmən can Azərbaycanın yardım istəyinə biganə qalmamışdı. 1918-ci il fevralın 16-da Ənvər Paşa təkcə Azərbaycana deyil, Qafqaz, Dağıstan, Türküstan (Mərkəzi Asiya) və Rusiyaya tabe olan digər müsəlman ölkələrinə yardım və kömək göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Ənvər Paşa özünün Qafqaz İslam Ordusu adını verdiyi yeni ordunu kiçik qardaşı podpolkovnik Nuru Paşanın komandanlığında Bakıya göndərmişdi. 

Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusu Azərbaycan döyüşçüləri ilə birləşərək, işğalçı rus, bolşevik, erməni-daşnaq qüvvələrini məhv edib, 15 sentyabr 1918-ci ildə Bakını və ətraf bölgəni işğaldan azad etmişdir.  

Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusu Bakıda xalq tərəfindən böyük sevinclə, gül-çiçəklə qarşılanmışdı. Nuru Paşa və qəhrəman silahdaşları o gün Bakıya, 1930-cu illərin repressiya dövründə Sovet İttifaqı Kommunist Partiyasının birinci katibi, insan qəssabı İosif Stalinin əmrilə güllələnmiş, Azərbaycan himninin və 1914-cü ildə yazdığı “Çırpınırdın Qara dəniz" şərqisinin sözlərinin müəllifi Əhməd Cavadın, Şərqin ən böyük bəstəkarı, Azərbaycan himninin və “Çırpınırdın Qara dəniz”  musiqisinin müəllifi dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqiləri altında rəsmi keçidlə girmişdilər.   

Avqust ayının əvvəllərindən sentyabrın 15-ə qədər Bakı uğrunda gedən döyüşlərdə Qafqaz İslam Ordusunun 4 mindən çox əsgər və zabiti həlak olmuşdur. Onların arasında Anadolunun müxtəlif bölgələrindən,  Kərkükdən, hətta Şərqi Avropadan da gələn  könüllülər vardı. 

Şəhidlərimiz 107 ildir ki, Azərbaycan torpaqlarında huzur içində uyuyurlar.  Bu şanlı zəfər təkcə Azərbaycanın paytaxtı Bakının qurtuluş günü deyil, eyni zamanda Türk Dünyasının qardaşlıq və həmrəyliyinin örnəyi kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb.

Şəhidlərimizin qanı ilə sulanan o torpaqlar təəssüf ki, 23 ay sürən müstəqillikdən sonra – 28 aprel 1920-ci ildə Qırmızı Ordunun işğalına məruz qaldı. Lakin o günlərdə töklülən şəhid qanları, uğrunda aparılan azadlıq mübarizəsi bu gün müstəqil Azərbaycanın güclü bir dövlət kimi dünya xalqları arasında xüsusi yer tutmasına səbəb olmuşdur.    

Bu tarixi birliyimizin və bərabərliyimizin qazandığı zəfəri sonsuzadək unutmayacaq, yaşadacaq, ən çətin zamanlarda belə atalarımızın müqəddəs qanlarıyla yazdığı şanlı dastanımızdan alacağımız güc və ilhamla hər sahədə hədəflərimizi Bir millət – iki dövlət ideyaları ilə gerçəkləşdirəcəyik.   

Qafqaz İslam Ordusunun qurucusu şəhid İsmayıl Ənvər Paşanı, ordunun komandanı  şəhid Nuru Paşanı, can Azərbaycanın azadlığı üçün şəhadət şərbəti içən qəhrəmanlarımızı, bütün şəhidlərimizlə birlikdə saygı, rəhmət və şükanla anır, cənabı-Allahdan peyğəmbər əfəndimizin livaü-həmd sancağının altında onlarla görüşməyi bizlərə nəsib etməsini diləyirəm.
Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin (15 sentyabr 1918-ci il) və Bakının qurtuluşunun 107-ci ildönümü kutlu, zəfərimiz əbədi olsun. 

Yalçın Topçu,
Türkiyə Cumhurbaşqanlığının sözçüsü
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri