Icma.az
close
up
RU
Yalnız bu ağaclarla bağlı rəy veriləcək

Yalnız bu ağaclarla bağlı rəy veriləcək

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı və Gəncə şəhərlərinin inzibati ərazilərində pilot layihə olaraq başlanılan ağacların inventarlaşdırılması və nişanlanması işləri davam etdirilir.

Bu ölkə ərazisindəki yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, onların qorunması və səmərəli idarə olunması, eyni zamanda ictimai nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

Bakıda 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi, Gəncədə isə 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti altında həyata keçirilən bu pilot layihə mərhələli şəkildə bütün ölkə ərazisini əhatə edəcək.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov bildirib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəylər verilən zaman  artıq yalnız xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınmış və inventarlaşdırılmış ağaclarla bağlı müraciətlərə rəy veriləcək. Yəni, hər hansı ağacın götürülməsi ilə bağlı müraciət yalnız həmin ərazidəki ağaclar nişanlanaraq qeydiyyata alındığı halda nəzərdən keçiriləcək. Bu yanaşma 01.01.2026-cı il tarixindən başlayaraq ağacların götürülməsi ilə bağlı daxil olmuş müraciətlərə tətbiq olunacaq.

“Layihənin məqsədi ölkə üzrə ağacların nişanlanaraq dəqiq qeydiyyatının aparılmasıdır. Əgər hər hansı ağac gələcəkdə quruyarsa və ya təhlükəli vəziyyət yaradarsa, yaxud hansısa layihə altına düşərsə, onun qiymətləndirilməsi bu qeydiyyat məlumatları əsasında aparılacaq. Xüsusilə vurğulanmalıdır ki, qeydiyyata alınmamış və etiketlənməmiş ağacların köçürülməsinə, götürülməsinə rəy verilməyəcək. 

Yeni qaydalar yaşıllıqların qorunmasına, şəffaflığın təmin edilməsinə və hər bir ağacın dəqiq uçotunun aparılmasına xidmət edir”.

R.Həsənovun sözlərinə görə, bu proses növbəli şəkildə bütün ölkə ərazisini əhatə edəcək və bu yanaşmanın yaşayış məntəqələrinə yaxın, həssas meşə fondu, qoruq və milli parkların ərazilərində də mərhələlərlə həyata keçirilməsi planlaşdırılır. 

“Görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və parametrləri barədə məlumatlar mütəmadi www.agac.az saytında yerləşdirilir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri