Icma.az
close
up
RU
Yalnız inventarlaşdırılmış və nişanlanmış ağaclarla bağlı müraciətlərə rəy veriləcək

Yalnız inventarlaşdırılmış və nişanlanmış ağaclarla bağlı müraciətlərə rəy veriləcək

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı və Gəncə şəhərlərinin inzibati ərazilərində pilot layihə olaraq başlanılan ağacların inventarlaşdırılması və nişanlanması işləri davam etdirilir.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu ölkə ərazisindəki yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, onların qorunması və səmərəli idarə olunması, eyni zamanda ictimai nəzarətin gücləndirilməsi məqsədi daşıyır.

Bakıda 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi, Gəncədə isə 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nəzarəti altında həyata keçirilən bu pilot layihə mərhələli şəkildə bütün ölkə ərazisini əhatə edəcək.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov bildirib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəylər verilən zaman artıq yalnız xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınmış və inventarlaşdırılmış ağaclarla bağlı müraciətlərə rəy veriləcək.

Yəni hər hansı ağacın götürülməsi ilə bağlı müraciət yalnız həmin ərazidəki ağaclar nişanlanaraq qeydiyyata alındığı halda nəzərdən keçiriləcək. Bu yanaşma gələn ilin yanvarından başlayaraq ağacların götürülməsi ilə bağlı daxil olmuş müraciətlərə tətbiq olunacaq.

"Layihənin məqsədi ölkə üzrə ağacların nişanlanaraq dəqiq qeydiyyatının aparılmasıdır. Əgər hər hansı ağac gələcəkdə quruyarsa və ya təhlükəli vəziyyət yaradarsa, yaxud hansısa layihə altına düşərsə, onun qiymətləndirilməsi bu qeydiyyat məlumatları əsasında aparılacaq. Xüsusilə vurğulanmalıdır ki, qeydiyyata alınmamış və etiketlənməmiş ağacların köçürülməsinə, götürülməsinə rəy verilməyəcək. Yeni qaydalar yaşıllıqların qorunmasına, şəffaflığın təmin edilməsinə və hər bir ağacın dəqiq uçotunun aparılmasına xidmət edir", - deyə R.Həsəniv əlavə edib.

R.Həsənovun sözlərinə görə, bu proses növbəli şəkildə bütün ölkə ərazisini əhatə edəcək və bu yanaşmanın yaşayış məntəqələrinə yaxın, həssas meşə fondu, qoruq və milli parkların ərazilərində də mərhələlərlə həyata keçirilməsi planlaşdırılır.

"Görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və parametrləri barədə məlumatlar mütəmadi www.agac.az saytında yerləşdirilir", - deyə o qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri