Yamal “Qızıl top” üçün Messi və Ronaldinyonu nümunə göstərdi VİDEO
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona”nın hücumçusu Lamin Yamal “Qızıl top”a layiq görüləcək futbolçunun hansı xüsusiyyətlərə sahib olmalı olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı ulduz “L'Equipe”ə açıqlamasında fərdi mükafatın yalnız statistika ilə ölçülməməli olduğunu bildirib.
Yamal “Qızıl top” haqqında düşünərkən Lionel Messi və Ronaldinyonu xatırladığını deyib:
“Bu mükafat ilin ən yaxşı oyunçusunu təltif edir. Oyununu izləmək xoş olan, hətta matçı sırf onun xatirinə izləyəcəyiniz xüsusi bir oyunçunu. Mahiyyət də bundadır – xüsusi oyunçu olmaqda. Bunun vurduğu qolların sayı və ya başqa göstəricilərlə heç bir əlaqəsi yoxdur. “Qızıl top” haqqında düşünəndə Messini, Ronaldinyonu və onlar kimi unikal olan, baxdıqda sizi gülümsəməyə məcbur edən oyunçuları xatırlayıram”.
A post shared by İdman.Biz (@idmanbiz)
20 yaşlı futbolçu bu mükafata namizədliyini əsaslandırıb:
“Mən meydana çıxıram, zövq alıram, yaxşı və oynamaq istədiyim kimi oynayıram. Xoşbəxtlikdən, həm də çoxlu titul qazanmağı bacarmışam. Düşünürəm ki, bu, məni yaxşı namizəd edir”.
Yamal ən yaxşı futbolçunun komandasına qələbələr qazandırmasının vacibliyini də vurğulayıb:
“Sadəcə yaxşı oyunçu olmaqdan əlavə, hesab edirəm ki, ən yaxşı oyunçu həmişə öz komandasına qələbə qazandırır. Komandan qalib gələndə hər kəs daha çox fərqlənir, hər kəs daha parlaq görünür. Şükürlər olsun ki, milli komanda ilə artıq bir ildir qalib gəlirik. “Barsa” ilə də qalib gəlirik. Biz çox xoşbəxtik və qalib gəlməyə davam etmək istəyirik”.
Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















