Yanğın səbəbindən Eyfel qülləsindən 1200 nəfər təxliyə edilib
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Parisdə Eyfel qülləsində qısaqapanma səbəbindən yanğın baş verdi; 1,2 min ziyarətçi təcili olaraq təxliyə edildi.
Bu barədə Fransanın BFMTV televiziyası məlumat yayıb.
Yanğının ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində yaranmış texniki nasazlığın səbəb olduğu bildirilir. Yanğından sonra yanğın siqnalı yerli vaxtla saat 10:50-də işə düşüb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Ziyarətçilərdən heç biri xəsarət almayıb.
Qeyd edək ki, Eyfel qülləsi Parisə gələn bütün ziyarətçilərin mütləq dayanacağı yerdir. Hər il 6 milyondan bir qədər çox insan qülləyə qalxır.
Mövsüm
Aznews.az

Turistlər Eyfel qülləsindən təxliyə edilidi
24 Dekabr 2024 21:29
Kaliforniyada zavodda yanğın səbəbindən 1500 nəfər təxliyə edilib
17 Yanvar 2025 14:22
Eyfel qülləsində yanğın baş verib, mindən çox insan təxliyə edilib
24 Dekabr 2024 16:25
Eyfel qülləsində yanğın Turistlər təxliyə edildi Yeni Çağ Media
24 Dekabr 2024 17:23
Eyfel qülləsində yanğın minlərlə insan...
24 Dekabr 2024 16:31

