Icma.az
close
up
RU
Yanğın təhlükəsi artır: Bəs ən riskli obyektlər hansılardır?

Yanğın təhlükəsi artır: Bəs ən riskli obyektlər hansılardır?

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havaların soyuması ilə birlikdə qızdırıcı cihazlardan, qaz və elektrik avadanlıqlarından istifadə artır. Bu isə həm yaşayış sektorunda, həm də sənaye obyektlərində yanğın və partlayış riskinin yüksəlməsinə səbəb olur. Mütəxəssislər bildirir ki, xüsusilə payız–qış aylarında elektrik şəbəkələrinin yüklənməsi, qaz avadanlıqlarında nasazlıqlar, ventilyasiya və baca sistemlərinin vaxtında təmizlənməməsi təhlükəni daha da gücləndirir.

Bəs  yanğın təhlükəsi olan obyektlər hansılardır? Yanğın və partlayışların sayının artmasının qarşısını almaq üçün nələr edilməlidir?

Mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, yanğın riski faktiki olaraq bütün təyinatlı obyektlərdə mövcuddur və bu, ümumi təhlükəsizlik yanaşmasının əsas prinsipidir.

Onun sözlərinə görə, istər restoran, kafe, mağaza, istərsə də zavod və fabrik kimi müəssisələrdə yanmaya meyilli materialların olması riski artırır.

“Bu səbəbdən bütün obyektlər yanğın təhlükəsizliyinə dair qüvvədə olan normativ və texniki standartlara tam şəkildə əməl etməlidirlər.  Hər bir obyektin ərazisində yanğın hidrantları, yanğın dolabları, siqnalizasiya və xəbərdarlıq sistemləri, ehtiyat su çəni, təxliyə yolları və ilkin yanğınsöndürmə vasitələri normaya uyğun şəkildə təmin edilməlidir. Bu tələblər bütün təyinatlı obyektlərə şamil olunur, sadəcə bəzi sahələrdə müəyyən spesifik yanaşmalar mövcud ola bilər,” – deyə Nurəliyev vurğulayıb.

Onun sözlərinə görə, ətraf mühitdə və iş yerlərində olan kağız, taxta, tekstil, elektrik naqilləri kimi materiallar yanğına yol açan əsas faktorlardandır.

“Yanğınlar da öz növbəsində bir neçə kateqoriyaya bölünür: bərk materialların yanması, yanar mayelərin alışması, qaz sızması nəticəsində baş verən partlayışlar və elektrik təsərrüfatında yaranan yanğınlar.Ən geniş yayılan hallar elektrik təsərrüfatıyla bağlıdır.

Elə obyektlərdə olduğu kimi, məişətdə – fərdi yaşayış evlərində də elektrik xətlərində nasazlıqlar baş verə bilər. Bu səbəbdən elektrik təsərrüfatının daim saz vəziyyətdə saxlanılması, yüklənmənin normadan artıq olmaması və hər bir nasazlığın operativ aradan qaldırılması mütləqdir,” – deyə təhlükəsizlik eksperti qeyd edib.

Ayşən Rəhim 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri