150 il sonra Pentaqonda impiçment təşəbbüsü: Trampın hərbi naziri hədəfdə
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərdən sonra Demokratların Konqresin hər iki palatasında çoxluq qazanması ölkədə yeni siyasi tarazlıq yaradıb.
Turkustan.az xəbər verir ki, bu vəziyyət Prezident Donald Trampın administrasiyasını ciddi siyasi qarşıdurma ilə üz-üzə qoyub. Respublikaçı konqresmen Tomas Massinin Hərbi Katib Pit Heqsetə qarşı rəsmi impiçment proseduruna başlaması isə 150 il əvvəl baş vermiş Uilyam Uort Belknap qalmaqalını yenidən gündəmə gətirib.
1876-cı ildə Hərbi Katibin vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan rüşvət iddiaları bu gün İranla müharibə, Konqresin konstitusion səlahiyyətlərinin pozulması və qanunsuz hərbi əməliyyatlar ittihamları ilə əvəzlənib. Bununla belə, Tramp Heqseti vəzifəsində saxlamaqda qətiyyətli görünür.
Respublikaçıların noyabrın 3-də keçirilən aralıq seçkilərdə ağır məğlubiyyətindən sonra Vaşinqtonda siyasi mübarizənin əsas hədəflərindən biri Hərbi Katib Pit Heqset olub.
Noyabrın 9-da, bazar ertəsi Kentukki ştatından olan Respublikaçı nümayəndə Tomas Massi Heqsetə qarşı səkkiz ayrı ittihamı əhatə edən impiçment təklifini yenidən gündəmə gətirib.
Təklifdə Konqresin təsdiqi olmadan İrana qarşı müharibəyə başlanmasının 1973-cü il tarixli Müharibə Səlahiyyətləri Qanununu pozduğu bildirilir. Həmçinin Venesuela və Yəməndə hərbi əməliyyatların keçirilməsi, Karib dənizi və Şərqi Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmilərə hücumlar zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq öhdəliklərinin pozulması ittihamları yer alır.
Massi, eyni zamanda, senatorun söz azadlığına müdaxilə edildiyini də iddia edir.
Təklif Nümayəndələr Palatasının noyabrın 11-dək hərəkətə keçməsini tələb edə biləcək xüsusi prosedur əsasında təqdim olunub.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Noyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















