Icma.az
close
up
RU
Yay üçün ən riskli qidalar hansılardır?

Yay üçün ən riskli qidalar hansılardır?

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 avqust, AZƏRTAC

Elmi baxımdan “yayın təhlükəli qidaları” ifadəsi məhsulların mütləq təhlükəli olması demək deyil. Daha düzgün yanaşma onları potensial yüksək riskli, yəni mikroorqanizmlərin çoxalması üçün kifayət qədər su aktivliyinə və qida mühitinə malik olan, təhlükəsizliyi temperatur və vaxta həssas qidalar kimi qiymətləndirməkdir.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdir müavini İlqar Şamilov məlumat verib.

O bildirib ki, isti hava mövcud səhvlərin nəticəsini sürətləndirir: soyuq zəncir qırıldıqda və gigiyena pozulduqda bakteriyalar daha sürətlə çoxala, bəzi hallarda isə istiliyə davamlı toksinlər yarana bilər.

Yüksək diqqət tələb edən əsas qida qrupları

 

Qida qrupu

Əsas risk

Təhlükəsiz yanaşma

Ət, quş əti, qiymə və dönər

Çiy və bişmiş məhsulun təması, natamam bişirmə, uzun müddət isti vitrində və ya otaq temperaturunda qalma.

Mənşəyi bəlli məhsul; çiy-bişmiş ayrılığı; tam bişirmə; isti saxlamada temperatur nəzarəti.

Balıq, dəniz məhsulları və suşi

Soyuq zəncirə yüksək həssaslıq; çiy və ya az bişmiş istehlak; bəzi növlərdə histamin və Vibrio riski.

Buz/soyuducu şərait; qoxu və görünüşə əlavə olaraq etiket və temperatur yoxlanışı; həssas qruplarda çiy məhsuldan imtina.

Süd, qaymaq, təzə pendir və kremli şirniyyat

Pasterizə olunmamış xammal, soyuducudan kənarda qalma və hazırlama zamanı çirklənmə.

Pasterizə olunmuş məhsul; etiket və yararlılıq müddəti; 5°C-dən aşağı soyutma.

Yumurta və yumurtalı yeməklər

Çiy və ya az bişmiş yumurta; qabıqdan və əllərdən çarpaz çirklənmə; krem və souslarda uzun saxlanma.

Yumurtanı tam bişirmək; çatlamış yumurtadan istifadə etməmək; çiy yumurtalı mayonez və desertlərdən çəkinmək.

Hazır salatlar və doğranmış meyvə-tərəvəz

Çoxsaylı əl təması, yuyulmamış xammal, kəsildikdən sonra qoruyucu səthin pozulması və soyudulmadan saxlanma.

Axar içməli su ilə yuma; təmiz alət; kiçik həcmdə hazırlama; dərhal soyutma; servisədək qapalı saxlama.

Bişmiş düyü, makaron və kartof yeməkləri

Bişdikdən sonra yavaş soyuma və otaq temperaturunda qalma Bacillus cereus və digər bakteriyaların çoxalmasına şərait yarada bilər.

Kiçik, dayaz qablarda sürətli soyutma; soyuducuda saxlama; yalnız bir dəfə və tam qızdırma.

Ev konservləri, turşular və hisə verilmiş məhsullar

Qeyri-kafi sterilizasiya, uyğun olmayan turşuluq və anaerob şərait botulizm riski yarada bilər.

Texnologiyaya ciddi əməl etmə; şişmiş, sızan, paslı və qapağı boşalmış qabları açmadan atmaq; şübhəli məhsulun dadına baxmamaq.

Cədvəl 1. Yayda vaxt–temperatur nəzarəti xüsusi əhəmiyyət daşıyan qida qrupları.

O bildirib ki, mayonezli salatlar barədə diqqətli olmaq lazımdır: “Risk yalnız mayonezin özündən qaynaqlanmır. Sənaye üsulu ilə hazırlanmış mayonez adətən turş mühitə malikdir; əsas risk bişmiş kartof, yumurta, toyuq əti və digər komponentlərin çoxsaylı əl təmasına məruz qalması, hazırlanmış salatın soyudulmadan saxlanması və servis zamanı uzun müddət açıqda qalmasıdır. Evdə çiy yumurta ilə hazırlanan mayonez isə əlavə Salmonella riski daşıya bilər. Buna görə belə salatlar az miqdarda hazırlanmalı, dərhal soyudulmalı və qısa müddətdə istehlak edilməlidir.

Yayda təhlükəsiz qida davranışının “beş dayağı” bunlardır:

-Təmizliyə riayət edin: əlləri, iş səthlərini, bıçaq və doğrama lövhələrini təmiz saxlayın.

-Çiy və bişmiş qidaları ayırın: ayrıca qab, bıçaq və lövhədən istifadə edin.

-Qidanı tam bişirin və yenidən qızdırarkən bütün hissələrinin kifayət qədər isinməsini təmin edin.

-Temperaturu nəzarətdə saxlayın: tez xarab olan və bişmiş qidaları mümkün qədər tez, əsasən 5°C-dən aşağı soyudun; isti təqdim edilən qidaları 60°C-dən yuxarı saxlayın.

-Təhlükəsiz su və xammal seçin: etiketli, yararlılıq müddəti keçməmiş, mənşəyi bəlli məhsullardan istifadə edin; meyvə-tərəvəzi içməli axar su ilə yaxşı yuyun.

Bişmiş və tez xarab olan qidalar otaq temperaturunda iki saatdan çox saxlanmamalıdır, 32°C-dən yüksək açıq hava temperaturunda isə konservativ təhlükəsizlik həddi bir saata endirilməlidir. Soyudulmalı qidanın avtomobildə, çimərlikdə, piknik masasının üzərində və ya günəş altında qalması bu müddətə daxildir”, - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri