Icma.az
close
up
RU
Yanğın tüstüsü immun sistemində zərərli və uzunmüddətli dəyişikliklər yaradır TƏDQİQAT

Yanğın tüstüsü immun sistemində zərərli və uzunmüddətli dəyişikliklər yaradır TƏDQİQAT

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 iyul, AZƏRTAC

Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri tərəfindən aparılan yeni tədqiqat göstərib ki, meşə və struktur yanğınlarından yaranan tüstü sağlam fərdlərdə belə immun sistemində ciddi və davamlı dəyişikliklərə səbəb ola bilər.

AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Professor Kari Nadeau və Dr. Con Rokun rəhbərliyi ilə aparılan bu araşdırma yanğın tüstüsünün təkcə tənəffüs və ürək-damar sağlamlığına deyil, eyni zamanda, immun sisteminə də hüceyrə səviyyəsində təsir etdiyini sübuta yetirir. Tədqiqatçılar tüstüyə məruz qalan və qalmayan, sağlam, immunomodulyator dərmanlar qəbul etməyən iki qrup yetkinin qan nümunələrini müqayisə ediblər. Tədqiqatda 31 nəfər tüstüyə məruz qalan (yanğınsöndürənlər və mülki şəxslər) və 29 nəfər məruz qalmayan şəxslər iştirak ediblər.

Tüstüyə məruz qalan şəxslərdə yaddaş CD8+ T hüceyrələrində və kemokin reseptor biomarkerlərində artım aşkarlanıb. Bu hüceyrələr iltihab və immun reaksiyalarla birbaşa əlaqəlidir. Eyni zamanda tüstüyə məruz qalan şəxslərdə allergiya və astma ilə bağlı 133 gen ifadəsində dəyişikliklər müşahidə olunub. Əlavə olaraq, bu şəxslərin immun hüceyrələrində civə və kadmium kimi zəhərli metallar aşkarlanıb.

Baş tədqiqatçı Meri Consonun sözlərinə görə, bu nəticələr immun sisteminin yanğın tüstüsü kimi ətraf mühit faktorlarına nə dərəcədə həssas olduğunu sübut edir.

Tədqiqat, həmçinin ətraf mühitin çirklənməsi ilə bağlı ictimai səhiyyə siyasətinin formalaşdırılmasına töhfə verə bilər.

Araşdırma ABŞ-ın müxtəlif elmi fondları, o cümlədən Ətraf Mühitin Sağlamlığı Elmləri Milli İnstitutu, Ürək, Ağciyər və Qan İnstitutu və Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu tərəfindən maliyyələşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyul 2025 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see163

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see157

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see154

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see140

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see128

Öskürək siropu 21 uşağın həyatına son qoydu Hindistanda dəhşət

09 Oktyabr 2025 13:03see127

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see125

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see124

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see124

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see123

Quduzluq nədir, necə keçir? ÇIXIŞ YOLU

09 Oktyabr 2025 11:22see122

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see122

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see121

Mətanət Əsədova: “Ana kimi sevdiyim Əminə xanım getdi...” VİDEO

09 Oktyabr 2025 16:44see120

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see119

Tramp Netanyahunun istəyindən danışdı: Mütləq edəcəm

09 Oktyabr 2025 09:39see119

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

Quterreş HƏMAS və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb

09 Oktyabr 2025 11:52see118

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri