Icma.az
close
up
RU
Yanğında günahlandırılan “Azərişıq” ASCnin əməkdaşı yenidən məhkəmə qarşısında

Yanğında günahlandırılan “Azərişıq” ASCnin əməkdaşı yenidən məhkəmə qarşısında

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhlənkarlıqda təqsirləndirilən Mübariz Zərbəliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.
 

İttihama görə, Mübariz Zərbəliyev “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ucar rayonu üzrə baş mühəndisi vəzifəsində işləyib. 
 

Belə ki, 3 sentyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində küləkli hava şəraitində Ucar rayonu, Alpout kəndi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin yaxınlığından keçən, 10 kV-luq “Quşçuluq” elektrik hava xəttindən qidalanan 0,4 kV-luq hava xətlərinin bir-birinə toxunub. Həmin xətlərdən ayrılan qığılcımlar evin dam örtüyünün yanar materiallarının üstünə tökülərək alışıb. Nəticədə yanğın hadisəsi qeydə alınıb. Bu zamanı vətəndaşa 25420 manat və fərdi yaşayış evinin içərisində olan ümumilikdə 36274 manatlıq əşyalar yanaraq məhv olub.
 

Hadisədən sonra həmin hava elektrik xəttinə məsul şəxs olan Mübariz Zərbəliyev  saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 
Ucar rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Mübariz Zərbəliyevə cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs isə apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib, apellyasiya protesti isə qismən təmin olunub, Ucar Rayon Məhkəməsinin hökmü ləğv edilib. İş üzrə yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs 1 il müddətinə dövlət və yerli və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəzaya məhkum olunub. Mübariz Zərbəliyevin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Noyabr 2024 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see113

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see112

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri