Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləri imiş ADLAR AÇIQLANDI
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı dörd nəfər həyatını itirib. Vəfat edən 4 nəfərdən 2-si azyaşlı olub.
Modern.az-ın əldə etdiyi məlumata görə, hadisədə həlak olan azyaşlılar Laçın rayon 29 saylı tam orta məktəbin şagirdləri olub.
Məlumata görə, həyatını itirən Yusifova Məryəm Əkrəm qızı məktəbin 1-ci sinif, Yusifov Yusif Əkrəm oğlu 4-cü sinif şagirdləridir.
Azyaşlıların anası 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova da həyatını itirib. Uşaqların atası Əkrəm Yusifov isə yanğında xəsarət alıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.
Həyatını itirən şəxslərin Füzuli rayonundan olduğu qeyd olunub.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















