Yanğında özünü 12 ci mərtəbədən atmışdı: Atası ilə son söhbəti gündəm oldu VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında otel işçisi Şevval Şahin həyatını xilas etmək üçün özünü 12-ci mərtəbədən aşağı atıb.
Bizim.Media xəbər verir ki, ağır yaralanaraq reanimasiyaya yerləşdirilən gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, Şevval Şahin yanğın zamanı atası ilə video zəng vasitəsilə əlaqə saxlayıb və pəncərədən tullanmaq qərarını onunla danışarkən verib. O, atası ilə telefonla danışdıqdan sonra özünü yanan otelin 12-ci mərtəbəsindən aşağı atıb.
Otelin bufetində ofisiant kimi fəaliyyət göstərən 24 yaşlı Şevval 1,5 ay əvvəl işə başlamışdı.
Xatırladaq ki, dəhşətli yanğında 79 nəfər həyatını itirib. Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya yanğınla bağlı aparılan araşdırmalar nəticəsində 9 nəfərin saxlanıldığını açıqlayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 23 Yanvar 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















