Icma.az
close
up
RU
Kartlardan fırıldaqçılıq edənlərdən necə qorunaq? Mütəxəssis RƏYİ

Kartlardan fırıldaqçılıq edənlərdən necə qorunaq? Mütəxəssis RƏYİ

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son vaxtlar bank hesablarından və kartlarından oğurluq halları artıb. Bu məsələ təkcə ölkəmizdə yox, bütün dünyada ciddi problemə çevrilib. Bank hesablarından və kartlarından oğurluq edilməməsi üçün istifadəçilər və banklar hansı təhlükəsizlik tədbirləri görməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev bildirib ki, statistikalardan müşahidə edildiyi kimi, son illərdə hesablarından və kartlardan oğurluq halları dünya miqyasında artıb:
“Bu, həm fərdi istifadəçilər, həm də banklar üçün ciddi təhlükəsizlik probleminə çevrilib. Oğurluq halları çox vaxt texnoloji alətlərin və kiberhücumların inkişafı ilə əlaqədardır. Bu vəziyyətdə həm istifadəçilərin, həm də bankların müvafiq təhlükəsizlik tədbirləri görməsi vacibdir. İstifadəçilər bank hesabı və kartlar üçün kompleks və təkrarlanmayan parollar yaratmalıdırlar. Şifrələr ən azı 8 simvoldan ibarət olmalı, böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvolları əhatə etməlidir.  Eyni zamanda bank hesablar  və kartlar  üçün iki faktorlu doğrulamanı (2FA) aktiv etmək lazımdır. Bu funksiya hesabınıza yalnız şifrə daxil olmaqla deyil, həm də əlavə bir doğrulama mərhələsi tələb edir (SMS və ya mobil tətbiq vasitəsilə göndərilən kod). Başqa tədbirlərdən biri də banka aid şübhəli e-poçtlar və ya SMS-lər gəlirsə, bu mesajların linklərinə vurmamağı və ya telefon nömrələrinə zəng etməməyi tövsiyə edirəm. Bu tip mesajlar adətən fişing hücumları üçün istifadə olunur. Əgər kimsə hər  hansı şübhəli əməliyyat gördüsə, dərhal bankla əlaqə saxlasın. Ayrıca, tətbiqdəki yeniləmələri dərhal tətbiq edin, çünki yeni təhlükəsizlik xüsusiyyətləri və təkmilləşdirmələr ola bilər. Publik Wi-Fi şəbəkələrindən istifadə edərkən təhlükəsiz korperativ VPN (Virtual Private Network) istifadə etmək məsləhətlidir”.
Mütəxəssis bildirib ki, banklar da bəzi tətbiqlərə diqqət etməlidir:

“Banklar müştəriləri üçün iki faktorlu doğrulama və biometrik təhlükəsizlik (barmaq izi, üz tanıma kimi) texnologiyalarını tətbiq etməlidirlər ki, müştərilər daha təhlükəsiz şəkildə əməliyyatlar apara bilsinlər. Müştərilərinin internet bankçılıq istifadə edərkən məlumatlarının şifrələnmiş və təhlükəsiz olmasını təmin etməlidirlər. Ayrıca, istifadəçilərin şübhəli fəaliyyətləri asanlıqla müşahidə edə biləcəyi və bildiriş alacağı sistemlər qurulmalıdır. Banklar şübhəli fəaliyyətləri vaxtında aşkarlamaq üçün güclü “fraud detection” (fırıldaqçılıq aşkarlanması) sistemləri istifadə etməlidir. Bu sistemlər, avtomatik olaraq şübhəli əməliyyatları təhlil edərək, müştəriləri xəbərdar edə bilər. Banklar müştərilərinə təhlükəsizlik tədbirləri barədə müntəzəm olaraq maarifləndirməlidir. Müştəri məlumatları şifrələnməli və həmçinin bank sistemləri öz təhlükəsizlik infrastrukturlarını mütəmadi olaraq yeniləməlidir. Bu təhlükəsizlik tədbirləri həm istifadəçilərin, həm də bankların oğurluq halları ilə mübarizədə uğurlu olmalarını təmin edə biləcək məlumatlardır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Yanvar 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri