Yanğından zərər görən mənzillərə dövlətin təzminat ödəmək öhdəliyi yoxdur AÇIQLAMA
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
"Ümumiyyətlə, bu hallarda dövlətin təzminat ödəmək öhdəliyi yoxdur. Dövlət qanunvericiliyə əsasən belə bir məsuliyyət daşımır. Azərbaycanda mənzillərin və fərdi yaşayış evlərinin icbari sığortası haqqında qanun mövcuddur və hər kəs öz evini və ya mənzilini sığortalatmalıdır. Bu sığorta məhz yanğın və digər bu kimi halları əhatə edir. Lakin əksər hallarda vətəndaşlar bu tələbi yerinə yetirmirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış vəkil Əkrəm Həsənov deyib.
O bildirib ki, hadisə baş verdikdən sonra ev yanır, sığorta olmadığı halda isə dövlətin kompensasiya verməsi tələb olunur:
"Halbuki dövlət bu vəsaiti vətəndaşların ödədiyi büdcə hesabına formalaşdırır.
Bir daha vurğulanmalıdır ki, dövlətin bu istiqamətdə hüquqi öhdəliyi yoxdur. Məsələni məhz buradan başlamaq lazımdır. Sığortanın məbləğinin az olması ayrıca müzakirə oluna bilər, lakin bu, dövlətin təzminat ödəmək öhdəliyini yaratmır.
Nəticə etibarilə, hər kəs mənzilini və ya evini icbari qaydada sığortalatmalıdır.
Əks halda, belə hadisə baş verdikdə heç kimdən şikayət etmək üçün hüquqi əsas qalmır".
Qeyd edək ki, Yasamalda çoxmərtəbəli binada baş vermiş yanğından zərərçəkənlərə dövlət büdcəsinin Ehtiyat Fondundan ümumilikdə 100 min 800 manat məbləğində vəsait ayrılıb.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Ermənistan demilitarizasiya öhdəliyi götürüb? AÇIQLAMA
05 Sentyabr 2025 14:30
Yasamaldakı yanğından sonrakı HƏYAT Zərər görən sakinlər evlərinə qayıdıb?
27 Noyabr 2025 17:21
Aliment öhdəliyi necə həll ediləcək? (AÇIQLAMA)
03 Mart 2025 14:10
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? AÇIQLAMA
18 Noyabr 2024 16:22
Ermənistan silah almaq yox, təzminat ödəmək haqqında düşünməlidir
13 Fevral 2025 14:58
Baxış sayı:34
Bu xəbər 17 Dekabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları