Icma.az
close
up
RU
Siqaret satışında təşviqin qarşısı alınmalıdır Deputatdan ÇAĞIRIŞ

Siqaret satışında təşviqin qarşısı alınmalıdır Deputatdan ÇAĞIRIŞ

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclasında məktəblərin yaxınlığında yerləşən köşklərdə siqaret satışı ilə bağlı narazılıqlar səsləndirilib.

Bəzi deputatlar hesab edirlər ki, məktəb yaxınlığında siqaret satılmamalıdır. Ancaq maraqlısı budur ki, əvvala azyaşlılara siqaret satılması qanunla qadağandır və satıcı 18 yaşdan aşağı şəxslərə siqaret satarsa, İnzibati Xətalar Məcəlləsinin tələbinə görə cərimə olunur. İkincisi, bu köşklərdən yaşı 18-dən yuxarı hər kəs siqaret ala bilər. Yəni məktəbə yaxın köşkdə və ya mağazalarda siqaret satışına qadağa qoyularsa, bununla digər alıcıların hüquqları pozulmayacaqmı?

Bəs bu məsələ necə tənzimlənməlidir ki, məktəblilər siqaret ala bilməsinlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, əksər inkişaf etmiş ölkələrdə siqaret və alkoqollu məhsullar xüsusi yerlərdə satılır:

"O cümlədən Amerika Birləşmiş Ştatlarında da alkoqollu içkilərin, eləcə də siqaretlərin satışı xüsusi mağazalarda və ya iri mağazaların xüsusi bölmələrində həyata keçirilir. Ona görə də bu tip məhdudiyyətlər əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Təbii ki, burada məqsəd məhz alkoqollu içkilərin və siqaretlərin təşviq edilməməsidir. Buna görə də digər inkişaf etmiş ölkələrdə olduğu kimi, məktəblərə yaxın ərazilərdə siqaretlərin və alkoqollu içkilərin satılması məqsədəuyğun hesab edilmir. Ümumiyyətlə, bu istiqamətdə satışın, xüsusilə də inkişaf etmiş ölkələrdə olduğu kimi, tənzimlənməsinə və təşviqin qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu baxımdan, təbii ki, məktəblərə, eləcə də məktəbəqədər müəssisələrə yaxın ərazilərdə siqaretlərin və alkoqollu içkilərin satılması məqsədəuyğun deyil. Bu yanaşma əksər inkişaf etmiş ölkələrdə tətbiq edildiyi üçün əslində dünya praktikasında sınaqdan keçmiş bir metoddur".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri