Icma.az
close
up
RU
​Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? Hüquqşünas AÇIQLADI

​Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? Hüquqşünas AÇIQLADI

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal bank xidmətlərinin yayılması ilə kartdan karta pul köçürmələri daha da artıb. Bununla yanaşı, yanlış hesaba göndərilən pullarla bağlı şikayətlər də çoxalır.

Səhv köçürülən vəsaiti geri almaq mümkündürmü? Belə hallarda bank hansı addımları atır və qanun nə deyir?

Bu barədə “AzPolitika”ya açıqlama verən bank sektoru üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirib ki, səhvən başqa karta göndərilən vəsaiti geri qaytarmaq mümkündür, lakin bu proses uzun çəkə bilər.

Onun sözlərinə görə, belə hallarda məsuliyyət bankın deyil, kart nömrəsini səhv daxil edən vətəndaşın üzərinə düşür: “Vətəndaş ilk növbədə öz bankına müraciət etməli və yanlış kart nömrəsinə pul köçürdüyünü bildirməlidir. Daha sonra həmin bank vəsaitin daxil olduğu bankla əlaqə saxlayaraq məlumat verməlidir. Məsələn, vətəndaş A bankının müştərisidirsə və səhvən B bankındakı hesaba pul göndəribsə, A bankı B bankına müraciət edərək vəsaitin yanlış köçürüldüyünü bildirir. Bundan sonra B bankı öz müştərisi ilə əlaqə saxlayır və hesabına vəsaitin səhvən daxil olduğunu bildirərək, onu geri qaytarmaq istəyib-istəmədiyini soruşur”.

Ekspert qeyd edib ki, vəsait geri qaytarılarsa, köçürmə zamanı tutulmuş komissiya səbəbindən məbləğ tam şəkildə geri qayıtmaya bilər. Lakin bu komissiya pulu səhv göndərən vətəndaşın hesabına yazılmamalıdır.

“Əgər vəsaiti alan şəxs pulu geri qaytarmaqdan imtina edərsə, bank onun şəxsiyyətini açıqlaya bilməz. Çünki bu məlumat bank sirri hesab olunur. Belə vəziyyətdə pulu göndərən şəxsin yeganə yolu məhkəməyə müraciət etməkdir. O, vəsaiti alan şəxsin kimliyini bilmədiyi üçün iddianı həmin şəxsin bankına qarşı qaldırmalıdır və vəsaitin geri qaytarılmasını tələb etməlidir.

Məhkəmə araşdırması zamanı isə bank vəsaiti alan şəxsin kimliyini açıqlaya bilər. Bundan sonra həmin şəxs cavabdeh qismində prosesə cəlb olunur. Əgər o, vəsaitin ona qanuni əsasla köçürüldüyünü, məsələn, borcun ödənilməsi məqsədilə göndərildiyini sübut edə bilməsə, məhkəmənin qərarı ilə pulu geri qaytarmalı olacaq. Lakin bütün bu prosedur xeyli vaxt apara bilər”, – deyə Əkrəm Həsənov bildirib”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 İyul 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see331

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see318

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see298

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see292

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see283

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see261

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see259

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see258

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see247

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see241

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see238

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see238

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see232

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see231

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see225

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see221

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see218

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see213

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see208

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri