Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

Boşanma zamanı evin taleyi necə həll olunur? HÜQUQŞÜNAS AÇIQLADI

Boşanma zamanı evin taleyi necə həll olunur? HÜQUQŞÜNAS AÇIQLADI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Boşanma zamanı ər-arvad arasında yaranan ən ciddi mübahisələrdən biri nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı olur. Xüsusilə ailə qurduqdan sonra alınan evin kimin mülkiyyətində qalacağı, mənzilin yalnız bir tərəfin adına rəsmiləşdirilməsinin bölgüyə necə təsir edəcəyi və ipoteka ilə alınmış əmlakın necə paylaşılacağı suallar doğurur.

Bəzi hallarda tərəflərdən biri evin pulunu özünün ödədiyini, digəri isə əmlakın ailə birliyi dövründə əldə edildiyini əsas gətirərək mülkiyyət hüququ tələb edir. Bəs boşanma zamanı nikah dövründə alınmış ev hansı qaydada bölünür və tərəflərdən biri digərinin razılığı olmadan həmin əmlakı öz adına saxlaya bilərmi?

Mövzu ilə bağlı əmlak eksperti Fərid Cəfərli SİA-ya açıqlamasında bildirib ki, boşanmadan sonra əmlak bölgüsü ailə hüququnun ən çox mübahisə doğuran məsələlərindən biridir:

“Xüsusilə də söhbət ailənin yaşadığı mənzildən, fərdi yaşayış evindən və ya nikah dövründə ipoteka krediti hesabına əldə edilmiş daşınmaz əmlakdan gedirsə, mübahisələr daha da mürəkkəbləşir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən, ər-arvadın əmlakının qanuni rejimi birgə mülkiyyət rejimidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi isə nikah müddətində əldə edilmiş əmlakı ər-arvadın ümumi birgə mülkiyyəti hesab edir. Burada vacib məqam ondan ibarətdir ki, qanunvericilik mülkiyyət hüququnu yalnız gəliri əldə edən və ya əmlakın alınması üçün faktiki ödəniş edən şəxslə məhdudlaşdırmır.

Məsələn, ər ailənin əsas gəlir mənbəyi ola bilər, arvad isə uşaqların tərbiyəsi və ev təsərrüfatı ilə məşğul ola bilər. Bu halda arvadın müstəqil gəlirinin olmaması onun ümumi əmlak üzərində hüququnu aradan qaldırmır. Ailə Məcəlləsinin 32.3-cü maddəsi bu hüququ birbaşa təmin edir. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə, nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əmlak, onun kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, ümumi birgə mülkiyyət hesab olunur.

Məsələn, nikah dövründə mənzil alınır və çıxarış yalnız ərin adına rəsmiləşdirilir. Əgər mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə edilibsə, arvad da həmin mənzil üzərində hüquqa malikdir.

Eyni qayda əks vəziyyətə də aiddir. Mənzilin yalnız arvadın adına rəsmiləşdirilməsi ər üçün qanunla nəzərdə tutulmuş ümumi mülkiyyət hüququnu avtomatik istisna etmir.

Burada əsas meyar çıxarışda kimin adının göstərilməsi deyil, əmlakın hansı hüquqi əsasla, hansı vəsait hesabına və hansı dövrdə əldə edilməsidir. Qanunvericilik bütün hallarda nikah dövründə əldə edilmiş əmlakın avtomatik olaraq ümumi mülkiyyət sayılmasını nəzərdə tutmur. Burada istisnalar mövcuddur.

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, aşağıdakı əmlaklar, bir qayda olaraq, ər-arvadın ayrıca mülkiyyəti hesab olunur:

Nikaha daxil olmazdan əvvəl şəxsin mülkiyyətində olan ev və digər əmlak.

Nikah dövründə hədiyyə şəklində əldə edilmiş əmlak.

Vərəsəlik yolu ilə əldə edilmiş ev, torpaq və digər əmlak.

Digər əvəzsiz əqdlər əsasında əldə edilmiş əmlak.

Məsələn, ər nikahdan əvvəl öz adına mənzil alıbsa, həmin mənzil avtomatik olaraq boşanma zamanı ər-arvad arasında yarı bölünmür. Eyni qayda arvadın nikah dövründə valideynlərindən miras aldığı evə də aiddir.

Lakin burada diqqət yetirilməli mühüm hüquqi nüans var.

Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ər-arvaddan birinə məxsus olan əmlakın dəyəri nikah dövründə ümumi vəsait, digər tərəfin vəsaiti və ya əməyi hesabına əhəmiyyətli dərəcədə artırılıbsa, həmin əmlakın birgə mülkiyyət hesab edilməsi məsələsi ortaya çıxa bilər.

Məsələn, nikahdan əvvəl ərin mülkiyyətində olan köhnə ev nikah dövründə ümumi ailə vəsaiti hesabına əsaslı şəkildə yenidən qurulur, genişləndirilir və nəticədə onun bazar dəyəri əhəmiyyətli dərəcədə artırılır. Bu halda digər tərəfin həmin əmlak üzərində hüququnun tanınması məsələsi məhkəmədə araşdırıla bilər. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı bölünərkən, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, onların payları bərabər hesab olunur.

Amma bu, bütün hallarda mexaniki şəkildə 50/50 bölgü aparılması demək deyil.

Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda tərəflərin paylarının bərabərliyindən kənara çıxa bilər. Xüsusilə:

Yetkinlik yaşına çatmayan uşaqların mənafeyi.

Ər-arvaddan birinin diqqətəlayiq mənafeyi.

Digər tərəfin üzrsüz səbəbdən gəlir əldə etməməsi.

Ümumi əmlakı ailənin mənafeyinə zidd olaraq sərf etməsi, gizlətməsi və ya israf etməsi.

Burada çox vacib bir məqamı vurğulamaq lazımdır: uşağın ananın yanında qalması həmin mənzilin avtomatik olaraq anaya verilməsi demək deyil.

Uşağın yaşayış yeri ilə valideynlərin əmlak hüquqları ayrı hüquqi məsələlərdir. Məhkəmə uşağın mənafeyini nəzərə ala bilər, lakin bu hal digər valideynin mülkiyyət hüququnun avtomatik itirilməsi ilə nəticələnmir.

Digər tərəfdən, məhkəmə mənzili fiziki olaraq iki hissəyə bölmək əvəzinə, onun tərəflərdən birinə verilməsini və digər tərəfə müvafiq pul kompensasiyası ödənilməsini də müəyyən edə bilər. Tutaq ki, ər-arvad nikah dövründə bank krediti hesabına mənzil əldə ediblər. Kredit müqaviləsi yalnız ərin adına bağlanıb, mənzil də onun adına rəsmiləşdirilib.

Bu faktlar öz-özlüyündə arvadın mənzil üzərində ümumi mülkiyyət hüququnu aradan qaldırmır.

Lakin ipoteka ilə alınmış evin bölgüsündə iki ayrı hüquqi məsələ mövcuddur:

Mənzil üzərində ər-arvadın mülkiyyət hüquqlarının müəyyən edilməsi.

Bank qarşısında kredit və ipoteka öhdəliklərinin hüquqi taleyi.

Boşanma kredit müqaviləsinə avtomatik xitam vermir. Eyni zamanda, mənzilin bölünməsi bankın hüquqlarını və mövcud ipoteka təminatını aradan qaldırmır.

Əgər ilkin ödəniş bir tərəfin şəxsi vəsaiti, kredit ödənişləri isə nikah dövründə ümumi ailə gəlirləri hesabına həyata keçirilibsə, bu hallar da ayrıca qiymətləndirilməlidir.

Ona görə də ipoteka mənzilləri üzrə mübahisələrdə yalnız çıxarışa və kredit müqaviləsinə baxmaq kifayət deyil. İlkin ödənişin mənbəyi, kreditin ödənilməsi tarixləri, faktiki ödənişlər və tərəflərin hüquqi razılaşmaları araşdırılmalıdır. Əmlak mübahisələrində hüquqi mövqenin güclü olması üçün faktların sənədlərlə təsdiqi mühüm əhəmiyyət daşıyır.

Əsas sübutlar aşağıdakılardır:

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış.

Alqı-satqı müqaviləsi və əmlakın əldə edilmə tarixi.

Nikahın dövlət qeydiyyatı və boşanma sənədləri.

Bank hesablarından çıxarışlar və ödəniş sənədləri.

Kredit və ipoteka müqavilələri.

Hədiyyə və vərəsəlik sənədləri.

Təmir və yenidənqurma xərclərini təsdiq edən sənədlər.

Zəruri hallarda əmlakın bazar dəyərinə dair ekspert rəyi.

Məhkəmənin qarşısında duran əsas sual yalnız evin kimin adına olması deyil, onun hansı hüquqi əsasla əldə edilməsi və tərəflərin həmin əmlak üzərində hüquqlarının hansı həcmdə yaranmasıdır.

Bu səbəbdən hər bir iş fərdi qaydada, sübutların məcmusu əsasında qiymətləndirilməlidir. Praktikada boşanma ərəfəsində və ya boşanmadan sonra tərəflər bəzən əmlakı digər şəxslərin adına keçirməyə, bağışlama müqaviləsi bağlamağa və ya formal alqı-satqı əməliyyatları aparmağa çalışırlar.

Belə hallarda əqdin həqiqiliyi, məqsədi və qanunvericiliyə uyğunluğu mübahisələndirilə bilər.

Vətəndaşlar bilməlidirlər ki:

Əmlakın bir tərəfin adına olması digər tərəfin hüququnu avtomatik aradan qaldırmır.

Boşanma ilə ümumi əmlak üzərində hüquqlar avtomatik itmir.

Digər tərəfin razılığı və qanuni prosedurlar nəzərə alınmadan daşınmaz əmlaka sərəncam verilməsi ciddi hüquqi mübahisələr yarada bilər.

Əmlakın əldə edilməsinə dair bütün maliyyə sənədləri qorunmalıdır.

Əmlak bölgüsü məsələsində gecikmədən hüquqi məsləhət almaq məqsədəuyğundur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Noyabr 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri