Icma.az
close
up
RU
Yerdən tapdığı pulu qaytarmayıb xərcləyən şəxslər cəzalandırılır? Hüquqşünas AÇIQLADI

Yerdən tapdığı pulu qaytarmayıb xərcləyən şəxslər cəzalandırılır? Hüquqşünas AÇIQLADI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Hansısa ərazidən, obyektdən, yerdən pul tapmaq hər bir vətəndaşın gündəlik həyatında rastlaşa biləcəyi hadisədir. Pulun miqdarından və ya pulu tapan şəxsin individual seçimindan asılı olaraq vətəndaş bu halda bir neçə - pulu xərcləyə, sahibinin tapılması üçün elan paylaşa, aidiyyəti üzrə təhvil verə və s. - addım ata bilər.

Bəs görəsən, bu məqamda qanunvericilik nə deyir?

Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, hüquqşünas Şamil Paşayev bildirib ki, vətəndaş yerdən istənilən əşya, həmçinin pul tapırsa, bununla bağlı mütləq şəkildə mülkiyyətçiyə xəbər verməli, pulun mülkiyyətçisinin orada olub-olmadığı ilə maraqlanmalıdır:

“Əgər mülkiyyətçini tapa bilmirsə, pulu aidiyyəti üzrə polis şöbəsinə təhvil verməlidir. Bir il ərzində pulun sahibi tapılarsa, öz mülkiyyətçisinə qaytarılır. Əgər bir il ərzində pulun mülkiyyətçisi üzə çıxmasa, onu tapan şəxs mülkiyyətçiyə çevrilir”.

Vətəndaş tapdığını qaytarmaq istəmir…

Hüquqşünas deyib ki, vətəndaş pulu vaxtında təhvil versə, bəxşiş ala bilər:

“Pulu tapan şəxsin onun dəyərinin 5 faizi miqdarında bəxşiş almaq hüququ var. Əgər pulu tapan şəxs mülkiyyətçini axtarmayıb, səlahiyyətli quruma təhvil verməyibsə, bəxşiş almaq hüququnu itirir. Vətəndaş tapdığı pulu sahibinə qaytarmaqdan boyun qaçırırsa, o, aidiyyəti qaydada məhkəməyə verilir, tapıntı geri alınır. Lakin belə olan halda da əşyanı tapan şəxs bəxşiş almaq hüququnu itirir”.

Tapıntı, yoxsa oğurluq?

Şamil Paşayev xüsusilə vurğulayıb ki, tapıntı mülki məsələdir, oğurluq, cinayət deyil:

“Əşyanı tapan adam oğurluq etmiş sayılmır. Oğru gizli şəkildə özgə əmlakını talayan şəxsdir. Tapıntıda isə talamaq məsələsi yoxdur, sadəcə əşyanı tapırsan. Əşya onu axtarmadan, istəmədən qarşına çıxır və sən onu tapırsan. Tapıntının subyekti ilə oğurluğun subyektinə eyni münasibəti göstərmək olmaz. Tapıntıda hər hansı cəza yoxdur, oğurluq isə cinayət məsuliyyətinə səbəb olur. Tapıntı heç bir halda cinayət deyil. Vətəndaşın pulu tapdığına hər hansı şübhə yoxdursa, onu sahibinə və ya polisə təhvil vermədiyinə görə şəxsi hər hansı cəza gözləmir”.

Məlumat üçün bildirək ki, Mülki Məcəlləyə görə, əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.

Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri