Yanukoviçin qətlə yetirilən müşavirinin qızları İspaniya məktəbdən qovulublar
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Portnovun qızları İspaniyadakı elit məktəbdən qovulublar
Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin 2025-ci ilin may ayında qətlə yetirilən keçmiş müşaviri Andrey Portnovun üç qızı İspaniyadakı Amerika Məktəbindən qovulub. AYNA.AZ xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.
Portnovun dul qalmış həyat yoldaşı Anastasiya Valyaeva qəzetə məlumatı təsdiqləyib. O Madrid İcma Təhsil Şurasına şikayət ərizəsi ilə müraciət edib. Araşdırmadan sonra agentlik məktəbin yetkinlik yaşına çatmayanların təhsil hüququnu pozduğu qənaətinə gəlib. Uşaqların məktəbdən çıxarılması ailənin şəxsi vəziyyəti ilə əlaqəli deyil və ciddi intizam pozuntuları ilə müşayiət olunmayıb.
Məktəb rəhbərliyinə qovulma qərarını dərhal ləğv etmək və qızları bildirişdən sonra on gün ərzində yenidən qəbul etmək əmri verilib. Amerika məktəbi qərardan apelyasiya şikayəti vermək niyyətindədir. Çünki iddia olunur ki, məktəbin girişində baş verən qətl digər şagirdlərin valideynləri arasında təhlükəsizlik narahatlıqları və qorxu yaradıb. Qərar psixoloqlar və ruhi sağlamlıq mütəxəssisləri ilə məsləhətləşmələrdən sonra qəbul edilib.
Qeyd edək ki, Portnov 21 may 2025-ci ildə Madrid əyalətinin Pozuelo de Alarkon şəhərindəki elit Amerika Məktəbinin yaxınlığında güllələnib. Qətlə yetirilən siyasətçinin adı Ukraynanın məşhur "Myrotvorets" saytında yer alıb. Rusiya Xarici İşlər Nazirliyi Yanukoviçin keçmiş müşavirinin hazırkı Ukrayna lideri Volodimir Zelenskinin ətrafı üçün təhlükəli məlumatlara malik ola biləcəyi iddiasını irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 Fevral 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















