Icma.az
close
up
RU
Yanvar iyun aylarında Azərbaycanın 41 rayonunda aqrar sığorta ödənişi həyata keçirilib

Yanvar iyun aylarında Azərbaycanın 41 rayonunda aqrar sığorta ödənişi həyata keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə edən və faydalanan təsərrüfatların sayı artmaqdadır.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, aqrar sığorta ödənişlərinin məbləği, eyni zamanda ödəniş edilən məhsulların və bölgələrin siyahısı genişlənir.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 55 faiz artıqdır.

Bu məbləğdən 4 milyon 245 min manatı əkin sahələri, 190 min manatı isə heyvandarlıq sığortası üzrə ödənilib. 2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. 2025-ci ildə Azərbaycanda ilk dəfə olaraq çiyələk sahələrinin sığortası həyata keçirilib.

Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən artım 84 faiz təşkil edib.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min AZN, ötən illə müqayisədə artım 65 faiz təşkil edib. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747 min manat olub.

Ümumilikdə, ilk yarım ildə Aqrar Sığorta Fondu tərəfindən 13 milyon 115 min manat, yəni ötən ilin eyni dövrünə nisbətən 18 faiz artıq sığorta haqqı toplanılıb. Bitkiçilik uzrə sığorta haqqı 13 faiz, heyvandarlıq sığortası üzrə isə 65 faiz artıb.

2025-ci ilin ilk 6 ayında əkin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (əkin sahələrinin 65 faiz), sel-subasma (15 faiz), fırtına (17 faiz) və leysan (2 faiz) halları olub.

Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonra ən çox sığorta ödənişi edilən bitkilər günəbaxan (195 min manat), tütün (174 min manat), armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub.

2025-ci ilin yanvar-iyun aylarında sığorta ödənişi edilən bölgələrin sayı bir qədər də artıb. Hesabat dövründə bitkiçilik sığortası üzrə ölkədə 41 rayonda sığorta ödənişləri həyata keçirilib, 2024-cü ilin eyni dövründə 37 rayonda ödəniş edilib. Ən çox zərər ödənişi həyata keçirilən rayonlar Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri