Icma.az
close
up
RU
Yanvar qırğınlarının Neftçala “səhifəsi” 2 şəhid, 50 yə yaxın HƏBS Yeni Çağ Media

Yanvar qırğınlarının Neftçala “səhifəsi” 2 şəhid, 50 yə yaxın HƏBS Yeni Çağ Media

Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Cəlilabada və Neftçalaya doğru hərəkət etdi.

Xalqın azadlıq uğrunda apardığı mübarizəni boğmaq məqsədi ilə həyata keçirilən bu hərbi əməliyyatlar nəticəsində günahsız insanlar hədəfə alındı. Neftçala rayonunda əliyalın və günahsız sakinlər sovet ordusunun amansız hücumlarına məruz qaldılar. Bu qanlı hücumlar nəticəsində 2 nəfər həyatını itirdi, 50-yə yaxın insan isə həbs edildi. Həbs olunanlar arasında yerli əhali ilə yanaşı, azadlıq və müstəqillik uğrunda mübarizə aparan şəxslər də var idi.

Neftçala sakinləri həmin günlərdə böyük bir iradə və cəsarət göstərərək, azadlıq mübarizəsinə dəstək verdilər. Lakin sovet ordusunun ağır texnika ilə müşayiət olunan hücumları bu iradəni qırmağa çalışdı. Sovet tankları yalnız insanlara deyil, həm də bölgənin infrastrukturuna ciddi ziyan vurdu, dinc əhaliyə qarşı repressiv addımlar atıldı.

Yenicag.az-la söhbətində Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müşaviri Tənzilə Rüstəmxanlı da təsdiqləyib ki, 35 il öncə, yanvarın 19-dan 20-ə keçən gecə dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri Azərbaycan paytaxtını qan gölünə çevirməklə kifayətlənmədi:

“Onlar daha sonra cənub istiqamətinə – Neftçala, Cəlilabad və Lənkərana doğru səmt götürdülər. Yanvarın 25-i və 26-da işğalçı sovet qoşunları həmin bölgələrdə yerli əhalini gülləboran etdilər. Neftçala şəhərinin mərkəzində yerləşən hərəkatın qərargahına tank, BTR və 3 hərbi maşında dolu əli silahlı əsgərlərlə heç bir xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən maşınlar, Bakıda həlak olmuş şəhidlərə saxlanılan “Yas çadırları”, ümumiyyətlə, diqqəti nə çəkdisə, hər şey güllə yağışına tutuldu, mənəviyyatımız təhqir edildi”.

Millət vəkili əlavə edib ki, Neftçala rayonu tarixində heç vaxt rast gəlmədiyi müsibətli günləri o an yaşadı:

“Həmin qanlı-qadalı günlərdə neftçalalı Əbülfəz Cəfərov və Nurəddin Ağahüseynov da müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Yüzlərlə insan güllə yarası aldı. Fiziki və maddi-mənəvi, eləcə də psixoloji ziyan çəkənlərin sayı daha çoxdur. Onlardan bir çoxuna Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçalanın Bankə qəsəbəsində Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin xatirəsinə abidə kompleksi qurulub, park salınıb. Bankədəki 1 nömrəli orta məktəb şəhid Əbülfəz Cəfərovun adını daşıyır”.

“Neftçalalılar fəxr edirlər ki, 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış həmvətənlilərimizin arasında onların da eloğluları olub. Birinci və İkinci Qarabağ savaşında da Azərbaycanın ərazi bütövlüyünün bərpasında, tariximizin Zəfər zirvəsinin fəth olunmasında da Nefyçala igidlərinin qəhrəmanlığı müstəsna yer tutur. Şəhidlərimizin xatirəsini sayğı ilə anırıq!” – deyə T. Rüstəmxanlı fikirlərini tamamlayıb.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 24 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri