Icma.az
close
up
RU
Yanvar qırğınlarının Neftçala “səhifəsi” Tənzilə Rüstəmxanlı 25 yanvar faciəsindən danışdı

Yanvar qırğınlarının Neftçala “səhifəsi” Tənzilə Rüstəmxanlı 25 yanvar faciəsindən danışdı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

1990-cı ilin 20 Yanvar faciəsindən bir neçə gün sonra sovet tankları Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Cəlilabada və Neftçalaya doğru hərəkət etdi.
Xalqın azadlıq uğrunda apardığı mübarizəni boğmaq məqsədi ilə həyata keçirilən bu hərbi əməliyyatlar nəticəsində günahsız insanlar hədəfə alındı. Neftçala rayonunda əliyalın və günahsız sakinlər sovet ordusunun amansız hücumlarına məruz qaldılar. Bu qanlı hücumlar nəticəsində 2 nəfər həyatını itirdi, 50-yə yaxın insan isə həbs edildi. Həbs olunanlar arasında yerli əhali ilə yanaşı, azadlıq və müstəqillik uğrunda mübarizə aparan şəxslər də var idi.
Neftçala sakinləri həmin günlərdə böyük bir iradə və cəsarət göstərərək, azadlıq mübarizəsinə dəstək verdilər. Lakin sovet ordusunun ağır texnika ilə müşayiət olunan hücumları bu iradəni qırmağa çalışdı. Sovet tankları yalnız insanlara deyil, həm də bölgənin infrastrukturuna ciddi ziyan vurdu, dinc əhaliyə qarşı repressiv addımlar atıldı.
Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı da deyir ki, 35 il öncə, yanvarın 19-dan 20-ə keçən gecə dinc əhaliyə divan tutmaq üçün Bakıya yeridilmiş qoşun hissələri Azərbaycan paytaxtını qan gölünə çevirməklə kifayətlənmədi:

“Onlar daha sonra cənub istiqamətinə – Neftçala, Cəlilabad və Lənkərana doğru səmt götürdülər. Yanvarın 25-i və 26-da işğalçı sovet qoşunları həmin bölgələrdə yerli əhalini gülləboran etdilər. Neftçala şəhərinin mərkəzində yerləşən hərəkatın

qərargahına tank, BTR və 3 hərbi maşında dolu əli silahlı əsgərlərlə heç bir xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən maşınlar, Bakıda həlak olmuş şəhidlərə saxlanılan “Yas çadırları”, ümumiyyətlə, diqqəti nə çəkdisə, hər şey güllə yağışına tutuldu, mənəviyyatımız təhqir edildi”.
Millət vəkili əlavə edib ki, Neftçala rayonu tarixində heç vaxt rast gəlmədiyi müsibətli günləri o an yaşadı:
“Həmin qanlı-qadalı günlərdə neftçalalı Əbülfəz Cəfərov və Nurəddin Ağahüseynov da müqəddəs şəhidlik zirvəsinə ucalıblar. Yüzlərlə insan güllə yarası aldı. Fiziki və maddi-mənəvi, eləcə də psixoloji ziyan çəkənlərin sayı daha çoxdur. Onlardan bir çoxuna Azərbaycan Respublikasının “Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçalanın Bankə qəsəbəsində Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin xatirəsinə abidə kompleksi qurulub, park salınıb. Bankədəki 1 nömrəli orta məktəb şəhid Əbülfəz Cəfərovun adını daşıyır”.
“Neftçalalılar fəxr edirlər ki, 1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış həmvətənlilərimizin arasında onların da eloğluları olub. Birinci və İkinci Qarabağ savaşında da Azərbaycanın ərazi bütövlüyünün bərpasında, tariximizin Zəfər zirvəsinin fəth olunmasında da Neftçala igidlərinin qəhrəmanlığı müstəsna yer tutur. Şəhidlərimizin xatirəsini sayğı ilə anırıq!” – deyə T. Rüstəmxanlı fikirlərini tamamlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri