Icma.az
close
up
RU
Yanvarda yaz havasının gətirdiyi təhlükə

Yanvarda yaz havasının gətirdiyi təhlükə

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Son günlər ölkədə bir sıra xəstəliklər yayılıb. Əsasən qızdırma, öskürək, əzələ ağrıları ilə müşayiət olunan bu xəstəlik uzun müddət davam edir. Bəziləri bunun metapnevmovirus olduğunu da iddia edirlər.

Hazırda qış fəslinin olmasına baxmayaraq, ölkədə bir sıra ərazilərə, o cümlədən paytaxta qarın yağmamasının burada mənfi rol oynadığı deyilir. Təbii ki, belə havalarda mikrobların fəaliyyəti kəskin aşağı düşməli olduğu halda, mikroblar zəifləsə də, tam ölmür. Müəyyən qədər əlverişli şərait yaranan kimi infeksiyaların yayılması, mikrobların çoxalması, virusların artması insanlarda xəstəliklər yaradır. Təbii ki, qış mövsümə uyğun şəkildə getsə, bu mikroblar ölməsə də, aktivliyi azalır. 

Hazırkı hava şəraitinin mövsümə uyğun olmaması, yəni paytaxtda qarın yağmaması, havaların isti keçməsi bu xəstəliklərin daha geniş yayılmasına gətirib çıxarır. Xüsusilə allergik xəstəliklər hazırda Bakıda tüğyan edir.

Qeyd edək ki, yanvar ayında yaz havasının müşahidə olunması insanların sağlamlığına və ümumi ekosistemə bir sıra təhlükələr yaradır. Bu cür qış havaları mikrobların, virusların və həşəratların aktivliyini artıraraq, müxtəlif sağlamlıq və ekoloji problemlərə səbəb ola bilər. Qışda qarın yağmaması isə təbiət və insan həyatı üçün bir sıra problemlər yaradır. Qarın olmaması yalnız estetik baxımdan deyil, həm də ekoloji, iqtisadi və sağlamlıq nöqteyi-nəzərindən müxtəlif təsirlərlə nəticələnir. Qar su ehtiyatlarının mühüm mənbəyidir. Qar yağıntısı çatışmadıqda, su hövzələri dolmur və yaz aylarında su qıtlığı yaranır. Qar torpağı təbii olaraq izolyasiya edir və onun dondan qorunmasını təmin edir. Qar olmadıqda, torpaq donur və bitkilərin kökləri zədələnir. Qar həm də heyvanların və bitkilərin təbii dövriyyəsinə təsir göstərir. Xüsusilə qış yuxusuna gedən heyvanların fəaliyyətləri pozulur. Ən əsası qar havadakı toz və digər çirkləndirici maddələri təmizləyir. Qarın yağmaması nəticəsində atmosferdəki çirklənmə davam edir ki, bu da insan sağlamlığı üçün zərərli olur. Qar və soyuq temperaturun olmaması virusların və mikrobların daha uzun müddət aktiv qalmasına şərait yaradır. Bu, qrip, soyuqdəymə və digər respirator xəstəliklərin daha çox yayılmasına səbəb olur. Qar olmadıqda, toz və allergenlər havada qalır, bu da allergik reaksiyaların və astma xəstələrinin vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Mütəxəssislər qeyd edir ki, havanın orqanizmə birbaşa təsiri var. Təmiz hava ilə nəfəs almaq sağlamlıq üçün çox faydalıdır. Bu, orqanizmin bütün hüceyrə və toxumalarını qoruyur, bundan başqa, əsasən ürək-damar və beyin fəaliyyətini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir. Meteohəssaslıq qısamüddətli başağrısı, yorğunluq, ürəkdöyünmə və ümumi zəifliklə özünü daha çox büruzə verir. Hava bəzən insanlara psixoloji baxımdan da mənfi təsir göstərir.

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı "Yeni Müsavat”a fikirlərini bölüşüb: "Mikroblar məhz bu fəsillərdə daha çox aktivləşir. Orqanizminizin soyuqdəyməyə daha çox məruz qaldığı bu dövrdə adətən yuxarı tənəffüs yolları xəstəlikləri daha fəal olur. Bu viruslar bir orqanizmdə aktivləşdikdən sonra digərlərinə asanlıqla yoluxa bilirlər. Əksər hallarda proses bu şəkildə baş verir. O ki qaldı insan metapnevmovirusu, qrip virusu, rinovirus, respirator sinsitial virus və ya başqa bir virusun olduğunu dəqiqliklə təsdiq etmək üçün laborator analiz tələb olunur. Ancaq klinik gedişə görə fərqli xüsusiyyətlər nümayiş etdirən respirator infeksiyaların metapnevmovirusla əlaqəli olması ehtimalı ola bilər. İstənilən halda, xaricdə bunu soyuqdəymə xəstəlikləri adlandırırlar. Bizdə isə sovet dövründə kəskin respirator xəstəliklər adlandırılırdı və onların hamısı üçün ümumi taktika belə idi: xəstə olan insanların başqalarını yoluxdurmamaq üçün özlərini təcrid etməsi, yataq rejimində qalması, bol maye qəbul etməsi və həkimin təyinatını sağalana qədər həyata keçirməkdir. Əgər bu qaydalara riayət etsək, həm yoluxma hallarını azalda bilərik, xəstəlik vaxtında lokallaşar, fəallaşa bilməz. Təəssüflər olsun ki, bizdə vəziyyət fərqlidir. Çox vaxt heç kim maska taxmır, xəstə insanlar ictimai yerlərə çıxır, başqalarını yoluxdurur, nəticədə xəstəlik geniş yayılır. Bir müddətdən sonra xəstəlik geri çəkilsə də, bu müddətdə çox sayda insan xəstələnmiş olur. Həll yolu bu sadə qaydalara riayət etməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Yanvar 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri