Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

YAP 2025ci ilə uğurlu nəticələr, mükəmməl proqramla qədəm qoydu

YAP 2025ci ilə uğurlu nəticələr, mükəmməl proqramla qədəm qoydu

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bələdiyyə seçkilərinin mütləq qalibi Yeni Azərbaycan Partiyasının olacağı şübhəsizdir

Bu gün birmənalı mövqe ondan ibarətdir ki, xalqın partiyası olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, ümumiyyətlə MDB-də ən güclü, demokratik, sivil lider partiyalardandır. Azərbaycanda Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi partiya yoxdur. Fateh Sərkərdə, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev çıxışlarının birində dediyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”. 2024-cü il Yeni Azərbaycan Partiyası üçün digər illər də olduğu kimi uğurlu və yaddaqalan oldu. Partiya dünyanın bir sıra sağ mərkəzçi hakim partiyaları ilə əlaqələrini bir qədər də inkişaf etdirdi. Müxtəlif ölkələrin hakim partiyaları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkil edilməsi, görüşlərin keçirilməsi partiyanın dünya miqyasında mövqelərinin güclənməsinə və nüfuzunun daha da yüksəlməsinə təkan oldu. Yeni layihələrin icrasında fəal iştirak edən YAP ölkədə demokratik proseslərin inkişafında, insanların ictimai-siyasi həyatda fəallığının artırılmasında mükəmməl fəaliyyət ortaya qoydu. Böyük nailiyyətlə imza atan YAP 2025-ci ilə uğurlu nəticələr, mükəmməl proqramla qədəm qoydu. Söz yox ki, yeni hədəflərə nail olmaqla və layihələri icra etməklə YAP cəmiyyətin inkişafına yardımçı olmaqla yanaşı partiyanın nüfuzunun daha da artmasına təkan olacaq.

Yeni Azərbaycan Partiyası Dahi Öndərimiz Heydər Əliyev tərəfindən yarandığı gündən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Qarşıya qoyulan vəzifələrə, məqsəd və hədəflərinə çatmaq üçün YAP yorulmadan çalışıb və prinsipiallıq göstərib. Nəhayət, Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin möhtəşəm şəkildə həyata keçirdiyi siyasətin uğurla nəticələnməsinə nail olub. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” tarixi kəlamı tam şəkildə reallaşır. 2003-cü ildən bəri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir sıra beynəlxalq təşkilatlarla və ayrı-ayrı dövlətlərlə iki və çoxtərəfli səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər qurumlarda öz mövqeyini daha da gücləndirib. Xüsusən də, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin liderliyi qlobal həmrəyliyin təmin olunmasına mühüm töhfələr verib. Balanslı və çevik xarici siyasət yürüdən Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi enerji diplomatiyası ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevirib. Xəzər dənizindən Avropaya enerji tədarükü üzrə layihələr, o cümlədən TANAP və TAP boru kəmərləri bu siyasətin uğurlu nəticələridir. Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi ölkəmizə dünya miqyasında böyük nüfuz və hörmət qazandırdı.

Yeni-yeni şərəfli tarix yazılır

Birmənalı mövqe ondan ibarətdir ki, ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası dünyada 2024-cü ildə baş tutan ən mötəbər tədbirlərdən biri idi. Söz yox ki, 2024-cü ilin dekabrında 200 dövlətin yekdil qərarı ilə bu tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin və ölkəmizə çox böyük etimadın, yüksək inamın göstəricisidir. Məhz Prezident İlham Əliyevin dünyada böyük hörmətinin olması, COP29 konfransının Azərbaycanda keçirilməsinə imkan yaratdı. Hələ COP29 ərəfəsi 100-dən çox tədbir keçirildi. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, qonaqların arasında 80 prezidentin, vitse-prezidentin və Baş nazirin olması isə həm dövlətimizə etimadın, həm də onun beynəlxalq arenada oynadığı fəal rolun növbəti dəfə sübutu idi. Azərbaycan COP29-a yüksən şəkildə ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu. İstər qonaqların tədbirin yüksək səviyyədə təşkil olunması barədə fikirləri, istərsə də Bakıda qəbul olunan mühüm qərarlar bunun sübutudur. COP29-un ən mühüm tədbiri iki gün davam edən Liderlər Sammiti idi. Azərbaycan Prezidenti İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimində çıxışı iştirakçılarda böyük maraq doğurdu. Prezident İlham Əliyev çıxışında COP29-a aparan yolda Azərbaycana verdiyi dəstəyə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təşəkkürünü bildirdi: “Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti, əziz qardaşım Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı və onun bütün komandasını Dubayda COP28-də əldə olunmuş tarixi konsensus münasibətilə təbrik edirəm və Bakıda COP29 üçün hazırlıqlarda verdikləri dəstəyə görə minnətdaram.Ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.

Prezident İlham Əliyev ərazilərimizin işğaldan azad edilməsindən və orada aparılan tikinti, bərpa işlərindən, eləcə də insanları öz doğma yurd-yuvalarına qayıdışından danışarkən, bildirdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik: “Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi”.

Azərbaycan Prezidenti İlham Əliyev COP29 konfransını boykot etmək istəyənləri diplomatik dillə tənqid etdi: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

YAP qələbələr partiyası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir

Təbii ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək səviyyədə keçirilməsində xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının da müstəsna rolu və əməyi oldu. Partiyanın minlərlə üzvü COP29 konfransının işində yaxından iştirak etməklə bir daha ölkənin ictimai siyasi həyatında öndə olduğunu nümayiş etdirdi. Ümumiyyətlə, birmənalı şəkildə qeyd etmək olar ki, YAP cəmiyyətin simasıdır. YAP Azərbaycanın döyünən ürəyi, vuran qəlbidir. YAP-a olan yüksək inam və etimad bu siyasi təşkilatın günü-gündən sıralarının genişlənməsinə, mövqelərinin daha da güclənməsinə təkan verir. Bu gün Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü siyasi təşkilatı statusunu daşıyır. YAP-ın sıralarında təmsil olunan 800 min nəfərə yaxın insan böyük güc olaraq Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevin ətrafında sıx birləşməklə böyük qələbələrə, nailiyyətlərə imza atır. Şübhəsiz ki, əldə olunan, qazanılan qələbələr davamlı olacaq. Bu mənada demək olar ki, hər seçkidən seçkiyə daha da güclənən və mükəmməl təcrübələr qazanan YAP yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin qalibi olacaq. Nəzərə almaq lazımıdır ki, 2024-cü il sentyabrın 1-də keçirilən parlament seçkilərində 68 deputat yerinə sahib olmaqla Milli Məclisdə əsas çoxluqda yenə də YAP oldu. Bu da təbii və gözlənilən haldır. Çünki Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Fateh Sərkərdə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP xalqın dəstəklədiyi və böyük etimad göstərdiyi yeganə partiyadır. Bu baxımdan tam əminliklə demək olar ki, bələdiyyə seçkilərinin də mütləq qalibi Yeni Azərbaycan Partiyası olacaq. Artıq YAP seçki hazırlıqlarını yüksək səviyyədə təşkil edib və namizədlərini müəyyənləşdirərək, yanvarın 6-dan seçkilərin təbliğat-təşviqat kampaniyasına start verib. 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsi üzrə irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq onlara uğurlar arzulanıb. Sonra YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, ötən müddət ərzində nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi qeyd edilərək yerli seçki qərargahlarının fəaliyyəti müsbət qiymətləndirilib. Yanvarın 6-dan başlayan seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib, YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış seçki proqramı və digər təşviqat materialları yerli seçki qərargahlarının sədrlərinə təqdim olunub. Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri ilə əlaqədar maarifləndirmə məqsədilə istər məşvərətçi səs hüquqlu üzvlər, istərsə də seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslər üçün keçiriləcək təlimlərin önəmi vurğulanıb.

Yeni Azərbaycan Partiyasının 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki proqramının qəbul ediməsi və proqramda seçicilərə olunan müraciətdə bir sıra prinsipial və aktual məsələlərin yer alması partiyanın hər bir irili-xırdalı məsələlərə həssaslıqla və ehtiramla yanaşdığını göstərir. Partiyanın böyüklüyü və əhəmiyyətli gücünün olmasının göstəricisi də, məhz bu kimi məsələlərə xüsusi diqqət ayırması ilə bağlıdır. Ona görə də, bu böyük və xalqın inam yeri olan YAP 29 yanvar bələdiyyə seçkilərinin qalibi olacağı şübhəsizdir.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri