Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

YAP: Azərbaycanın gələcəyinə yönələn inkişaf və islahatlar yolu

YAP: Azərbaycanın gələcəyinə yönələn inkişaf və islahatlar yolu

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov

- Eldar müəllim, Yeni Azərbaycan Partiyasının yaradılması ölkədə siyasi sabitliyin təmin olunmasında hansı rolu oynayıb?
- Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının ölkədə siyasi sabitliyin təmin olunmasında oynadığı rolu qiymətləndirmək üçün partiyanın yaranma və sonrakı dövrdə fəaliyyətinə nəzər salmaq lazımdır. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasını yenicə elan etdiyi bir vaxtda ərazilərimizin ardıcıl olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, dərin iqtisadi-siyasi böhran və xaos, əhalinin sosial durumunun getdikcə ağırlaşması ölkədə həyatı iflic vəziyyətinə salmışdı. Həmin dövrdə respublikamızda 30-a yaxın siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da, onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər və aralarında millətin ümumi mənafeyi naminə birlik yox idi. Xalqın bu siyasi partiyalara və təşkilatlara, onların liderlərinə heç bir inamı qalmamışdı və respublikada özbaşınalıq hökm sürürdü. Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanmasını, respublikamızda taleyüklü məsələləri tənzimləməyi bacaran tanınmış bir şəxsin liderliyi ilə fəaliyyət göstərən yeni partiyanın yaranmasına böyük ehtiyac var idi. Belə yeganə dahi şəxsiyyət isə həmin dövrdə heç şübhəsiz ki, Azərbaycan xalqının böyük oğlu, dünya şöhrətli dövlət xadimi, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev idi.
Bütün bunları və ölkəmizdə günü-gündən dərinləşən acınacaqlı vəziyyəti nəzərə alaraq 1992-ci il oktyabrın 16-da respublikamızın 91 nəfər tanınmış ziyalısı “Səs” qəzeti vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” – deyə müraciət etdi. Müraciətdə vurğulanırdı ki, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşərək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir.
Görkəmli siyasi xadim öz cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğuluyaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirdi. Həmin dövrdə hakimiyyətdə olanlar belə bir partiyanın yaradılmasının qarşısını almağa çoxlu cəhdlər etsələr də, xalqın böyük dəstəyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində çox ağır bir şəraitdə təşəbbüs qruplarının 550 nəfərdən çox nümayəndəsinin iştirakı ilə təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi.
Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə tezliklə yüksək səviyyədə təşkilatlandı və çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.
Heydər Əliyev Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlər gördüyü bir vaxtda Azərbaycan Respublikasının səriştəsiz rəhbərliyi, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Digər bir tərəfdən isə Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunu istəməyən dairələr yeni planlarını işə salmışdılar. Separatçı Əlikram Hümbətov ölkənin cənub rayonlarında qondarma Talış-Muğan Respublikası yaratmağa çalışır, şimal rayonlarında isə separatçı Sadval təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi. Bunların məntiqi davamı kimi, 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi və vətəndaş müharibəsi başladı. Müstəqilliyimizin əldən gedəcəyini görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevi ikinci dəfə respublikaya rəhbərlik etməyə təkidlə dəvət etdi. Xalqın bu tələbini və yaranmış acınacaqlı vəziyyəti nəzərə alaraq Heydər Əliyev 1993-cü il iyunun 15-də əvvəlcə Milli Məclisin sədri kimi, sonra isə Azərbaycan Respublikasının Prezidenti kimi respublikamıza rəhbərlik etməyə başladı.
Heydər Əliyev yaxşı bilirdi ki, ölkədə siyasi sabitlik yaratmadan heç nəyə nail olmaq mümkün deyil. Ona görə də xalqın və Yeni Azərbaycan Partiyasının gücünə və dəstəyinə arxalanaraq, ilk növbədə, respublikamızın müstəqilliyinin və bütövlüyünün əleyhinə fəaliyyət göstərən qüvvələr zərərsizləşdirildi və 1994-cü ildə “Əsrin müqaviləsi” bağlandı. Ölkədə siyasi sabitlik bərqərar olsa da, Heydər Əliyevi gözü götürməyən bəzi insanlar 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd etdilər. Bu cəhdin də qarşısı Heydər Əliyevin müdrik rəhbərliyi ilə qətiyyətlə alındı. Bu təlatümlü dövrlərdə müstəqil Azərbaycan Respublikasında siyasi sabitliyin təmin edilməsi Yeni Azərbaycan Partiyasının yaranmasının və onun üzvlərinin bütün bu proseslərdə fəal iştirakı partiyanın yaranması haqqında qərarın qəbul edilməsinin zəruriliyini bir daha təsdiq etdi.
- Partiyanın məqsəd və prinsipləri Azərbaycanın müasir inkişaf yoluna necə təsir göstərib?
- Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının məqsəd və prinsipləri hələ Ulu Öndərin 1992-ci ildə ölkənin 91 nəfər ziyalısının ona ünvanlanan müraciətinə verdiyi cavab məktubunda öz əksini tapmışdır. Həmin cavab məktubunda və Yeni Azərbaycan Partiyasının sonralar formalaşdırdığı və daim təkmilləşdirdiyi əsas məqsəd və prinsiplərini Azərbaycanın yüksəlişini təmin etməyə yönəlmiş ictimai-siyasi sabitliyin qorunması, əhalinin sosial-rifah halının yüksəlməsi, milli birliyin gücləndirilməsi, islahatların uğurla həyata keçirilməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması, dövlətimizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, habelə müasir dövrdə qlobal problemə çevrilmiş ətraf mühitin mühafizəsi və “yaşıl dünya” naminə ümumbəşəri əhəmiyyətli təşəbbüslərin reallaşdırılması və digər problemlərin uğurla həlli məsələləri təşkil edir. Bütün bu istiqamətlər üzrə çox böyük nailiyyətlər əldə edilmiş və Azərbaycan Respublikası hazırda bölgənin aparıcı gücə malik ölkəsinə çevrilmişdir. Belə ki, respublikamızda ictimai-siyasi sabitlik tam təmin edilmiş, əhalinin sosial rifah halını xarakterizə edən orta aylıq əmək haqqı, pensiyalar, müavinətlər dəfələrlə artırılmış, çoxlu sayda yeni iş yerləri açılmış, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatları sayəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş, hakimiyyətlə xalq arasında möhkəm birlik yaranmışdır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinin nəticəsidir ki, dünyada ən mötəbər tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının bu ilin noyabrında Azərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edilmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının əsas məqsəd və prinsipləri Azərbaycanın müasir inkişafına uğurla xidmət edir.
- YAP-ın təşəbbüsü ilə ölkəmizdə siyasi mühitin sağlamlaşması və dövlət idarəçiliyi istiqamətində konstruktiv dialoqun inkişafı barədə atılan addımların əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Son vaxtlar YAP-ın təşəbbüsü ilə respublikamızda fəaliyyət göstərən partiya, ictimai təşkilat və hərəkatlar arasında aparılan konstruktiv dialoqlar ölkəmizdə siyasi mühitin sağlamlaşdırılmasına və dövlət idarəçiliyinin möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir. Bunun nəticəsidir ki, bu il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərdə əvvəlki illərə nisbətən müxalifət partiyalarından daha çox insanlar deputat mandatı əldə etmişlər. Bu da öz növbəsində parlamentin iclaslarında müzakirələrin məzmununa və əhatəli olmasına öz müsbət təsirini göstərir. Digər tərəfdən bu dialoqlar ölkəmizdə istər daxili və istərsə də xarici siyasətin formalaşmasında, habelə respublikamızın iqtisadiyyatının və sosial həyatının daha sürətli və əhatəli inkişafında mühüm əhəmiyyət kəsb etməkdədir. Ona görə də hesab edirəm ki, bu dialoqların təşkil edilməsi təqdirəlayiqdir və gələcəkdə onun daha da genişləndirilərək dərinləşdirilməsi və əhatəli forma alması məqsədə uyğun olardı.
- Postmüharibə dövründə ölkəmizin bütün suveren ərazisində keçirilən prezident və parlament seçkiləri xalqın dövlətə və Yeni Azərbaycan Partiyasına olan inam və etimadını növbəti dəfə əks etdirdi. Bu barədə fikirlərinizi bilmək istərdik?
- Həqiqətən də bu il ölkəmizdə həm prezident və həm də parlament seçkilərinin keçirilməsi ilə əlamətdar olmuşdur. Sevindirici haldır ki, bu seçkilər əvvəlki illərdən fərqli olaraq ilk dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu şəraitdə keçirilib. Bu seçkiləri fərqləndirən ikinci bir fərəhli cəhət ondan ibarətdir ki, prezident seçkilərində seçici fəallığı əvvəlki illərdən daha yüksək olmaqla, seçicilərin 92,12 faizi məhz Yeni Azərbaycan Partiyasını Sədri cənab İlham Əliyevə səs vermişdir. Belə yüksək nəticəni başqa ölkələrdə keçirilən prezident seçkilərində biz müşahidə etmirik. Eyni zamanda, prezident və parlament seçkilərində şəffaflıq prinsiplərinin təmin olunması, namizədlər üçün bərabər şəraitin yaradılması, heç bir ciddi qanun pozuntusuna yol verilməməsi təqdirəlayiqdir. Bunu seçkiləri müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri də öz hesabatlarında qeyd etmişlər. Seçkilərin müasir tələblərə cavab verməsi və onların yüksək səviyyədə təşkil olunaraq keçirilməsi onu göstərir ki, Azərbaycan xalqı öz Liderinə möhkəm inanır və etibar edir, hakim partiya olan Yeni Azərbaycan Partiyasını isə həmişə olduğu kimi yenə də böyük ruh yüksəkliyi ilə dəstəkləməkdə davam edir. Bunun nəticəsidir ki, Milli Məclisin 125 üzvündən 68-i Yeni Azərbaycan Partiyasını təmsil edir. Mən seçkilərlə bağlı seçicilərimlə keçirdiyim görüşlərdə də bu dəstəyin bir daha şahidi oldum. Belə ki, bu görüşlərdə seçicilər çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbədən, xalqımızın arzusunun və Ümummilli Lider Heydər Əliyevin ata vəsiyyətinin uğurla yerinə yetirilməsindən böyük sevgi və inamla danışır, Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildirirdilər. Bu görüşlərdə mən bir daha böyük fərəh hissi keçirirdim ki, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see460

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see362

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see358

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see316

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see274

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see274

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see274

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see271

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see188

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see149

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see148

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see140

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see140

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see133

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see128

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see124

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see123

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see122

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri