Icma.az
close
up
RU
YAP islahatlar partiyasıdır!

YAP islahatlar partiyasıdır!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisədir. Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dərin məzmunlu çıxış edərək partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan və qarşıda dayanan vəzifələrdən ətraflı bəhs edib. Dövlət başçısının dediyi kimi,  ilk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. Xatırladaq ki, VII Qurultay 44 günlük müharibədə qazanılan şanlı zəfərdən bir neçə ay sonra keçirilmişdi. O zaman ərazilərimiz işğaldan azad olunmuşdu, bu dəfə isə, yəni VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilib.

Ümumiyyətlə, ötən dövr ərzində Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. Prezident İlham Əliyev 2005-ci il martın 26-da keçirilən III Qurultayda Sədr seçildikdən sonra partiyanın həyatında yeni inkişaf mərhələsi başlandı. Xüsusilə, həyata keçirilən islahatlar partiyanın cəmiyyətimizdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi. Bütövlükdə, 34 illik fəaliyyəti dövründə YAP çoxşaxəli fəaliyyət göstərməklə yanaşı, islahatlara da böyük önəm verib. Bu islahatlar partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq davam etdirilib. Xüsusilə, 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra genişmiqyaslı islahatların reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edib. Paralel olaraq ölkəmiz siyasi, iqtisadi, ictimai və diplomatik resurslarından istifadə edərək milli məqsədlərini reallaşdırır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin bərpası bu baxımdan xüsusi qeyd edilməlidir. O cümlədən, ölkənin ictimai-siyasi həyatında yeniləşmə və müasirləşmənin təmin olunmasına yönəlik tədbirlər böyük önəm daşıyır.

Prezident İlham Əliyevin sədrliyi dövründə YAP-ın keçirilən qurultayları yeniliklərlə müşayiət olunurdu. Nəzərə alaq ki,  2021-ci ilin martında keçirilən VII Qurultayı isə islahatlar strategiyasının tərkib hissəsi kimi böyük ictimai-siyasi əhəmiyyətə malik oldu. VII qurultay istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Həmin qurultayda partiya sistemində struktur dəyişikləri ilə bağlı qərarlar verildi, yeni Nizamnamə qəbul olundu. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin olunub. Əlbəttə, partiyada birinci müavin postunun təsis edilməsi və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amil idi.

 Eləcə də, yeni Nizamnaməyə əsasən VII qurultaydan ötən zaman müddətində təşkilatlanma işləri aparılıb, kadr və struktur dəyişiklikləri ilə əlaqədar vacib qərarlar qəbul olunub. Ən mühüm məqamlardan biri YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət və yeni reallıqların əks olunduğu Proqramının təsdiq edilməsidir. Yeni Proqramda siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətləri əhatə olunub, siyasi dəyərlər və prinsiplər, əsas hədəflər əksini tapıb. Bu, eyni zamanda, gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.

Onu da qeyd edək ki, həyata keçirilən islahatlar nəticəsində YAP ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində parlaq qələbələr qazanıb. Eləcə də, islahatlar YAP-ın siyasi dialoq prosesində, milli birliyin gücləndirilməsində fəal rolunun artmasını da şərtləndirib. Ötən dövrdə partiyanın beynəlxalq əlaqələri də genişlənib.

Beləliklə, cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar partiyamızda kəmiyyət və keyfiyyət baxımından mühüm nəticələri özündə ehtiva edir. Təsadüfi deyil ki, bu gün YAP üzvlərinin sayı 800 min nəfərə yaxındır. İlham Əliyevin VIII Qurultayda dediyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.

Bütün bunların fonunda əminliklə söyləmək olar ki, Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdəki siyasi proseslərin önündə addımlayacaq!

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Oktyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1187

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see455

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see359

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see359

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see356

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see352

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see310

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see287

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see256

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see230

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see207

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see201

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see198

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see193

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see188

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see178

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see175

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri