Icma.az
close
up
RU
YAP Müstəqil Azərbaycanın inkişaf salnaməsi

YAP Müstəqil Azərbaycanın inkişaf salnaməsi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1990-cı illərin əvvəllərində ölkəmizdə vəziyyət olduqca mürəkkəb idi. Müstəqilliyin bərpasından sonra Azərbaycanda qeyri-sabitlik, iqtisadi çətinliklər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi gərginliklər hökm sürürdü. Bu şəraitdə, ölkəni idarə edən qüvvələr xalqın maraqlarını təmin etməkdə çətinlik çəkirdi və nəticədə ictimai-siyasi sferada gərginlik artmışdı.

Belə bir dövrdə, Azərbaycanın gələcək taleyindən narahat olan ziyalılar və tanınmış şəxsiyyətlər Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Bu müraciət Azərbaycanın siyasi həyatında xüsusi əhəmiyyət kəsb edən bir sənəd kimi tarixə düşdü və məşhur “91-lər” tərəfindən imzalandı. “91-lər”in Ümummilli Lider Heydər Əliyevə müraciəti, ölkənin gələcəyini təhlükə altında görən və xalqın rifahının yaxşılaşdırılması üçün yeni bir liderə ehtiyac olduğunu anlayan insanlar tərəfindən hazırlanmışdı. Onlar Heydər Əliyevin siyasi təcrübəsi, idarəçilik bacarığı və dövlətçilik ənənələrinə sadiqliyi ilə Azərbaycanın qarşısında duran çətinlikləri aradan qaldıra biləcəyinə inanırdılar. Bu müraciət yalnız bir qrup insanın deyil, əslində, geniş xalq kütlələrinin də istəklərini və ümidlərini əks etdirirdi.
Müraciətdə, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda uğurlu fəaliyyətinin və onun ölkənin ümumi vəziyyətinin sabitləşdirilməsi üçün müstəsna rolu vurğulanırdı. İmzalanan sənəd Azərbaycanın müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və ölkənin inkişafı üçün bir çıxış yolu kimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışının zəruriliyini ifadə edirdi.
1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir.
Ulu Öndər Heydər Əliyev xalqın çağırışına cavab olaraq siyasi arenaya qayıtdı və 1993-cü ildə Azərbaycan Prezidenti seçildi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanın siyasi sabitliyi bərpa edildi, islahatlar həyata keçirildi və beynəlxalq əlaqələr möhkəmləndirildi. Bu, ölkənin iqtisadi və siyasi inkişafı üçün yeni bir səhifə açdı. Bu hadisə, eyni zamanda, Azərbaycanın gələcək siyasi xəttini müəyyən edən dönüş nöqtələrindən biri oldu. Heydər Əliyevin yenidən rəhbərliyə qayıdışı ölkədə milli birliyi möhkəmləndirdi, inkişaf və çiçəklənmə dövrünün əsasını qoydu.
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi təşkilatdır.
Cənab İlham Əliyev, Ulu Öndər Heydər Əliyevin irsini davam etdirərək Yeni Azərbaycan Partiyasını daha da gücləndirmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ilin Vətən müharibəsini Qələbə ilə başa çatdırmış, 30 illik işğala son qoyaraq ərazilərini azad etmişdir. Bu, YAP-ın Sədri cənab İlham Əliyevin ən böyük siyasi və tarixi uğurlarından biri hesab olunur.
YAP-ın xətti ilə dövlətin iqtisadiyyatını möhkəmləndirən, sosial islahatları dəstəkləyən və demokratiyanı inkişaf etdirən bir çox proqramlar həyata keçirilmişdir. Bu islahatlar nəticəsində Azərbaycanın iqtisadi inkişafı sürətlənmiş, müasir infrastruktur və sosial xidmətlər gücləndirilmişdir.
Cənab İlham Əliyev, Azərbaycanın xarici siyasətini, beynəlxalq əlaqələrini gücləndirərək regionda ölkəmizi mühüm bir dövlətə çevirmişdir. YAP-ın uğurlu fəaliyyəti, yalnız daxili siyasətdə deyil, həm də Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini gücləndirməyə və ölkənin sosial-iqtisadi inkişafını təmin etməyə xidmət etmişdir.
Prezident İlham Əliyev YAP-ın 5 mart 2021-ci il tarixli VII qurultayındakı çıxışında qeyd etmişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
VII qurultayda Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyəti və inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Qurultayda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP Sədrinin birinci müavini təyin edilməsi, partiyanın idarəetmə strukturunun gücləndirilməsinə və daha səmərəli fəaliyyət göstərməsinə səbəb oldu. Həmçinin, qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Butün bunlar Heydər Əliyev prinsiplərinə əsaslanaraq, Azərbaycanın qarşısında duran müasir siyasi, iqtisadi və sosial hədəfləri müəyyən edir.
Əminliklə söyləmək olar ki, Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:251
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri