Icma.az
close
up
RU
YAP Gəncə şəhər təşkilatı tədbir keçirdi FOTOLAR

YAP Gəncə şəhər təşkilatı tədbir keçirdi FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaradılmasının 32 illiyi münasibətilə tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının inzibati binasında Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixi və şərəfli fəaliyyətindən, partiyanın Gəncə şəhər təşkilatının 32 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək, bildirib ki, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyi, hazırda Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası keçdiyi şərəfli yolda ölkəmizdə gedən bütün proseslərin mərkəzində olub. Yeni Azərbaycan Partiyasının ölkəmizin hər bir uğurunda - Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasında, müstəqilliyinin möhkəmləndirilməsində, dünya miqyasında böyük  hörmət və diqqət göstərilən ölkəyə çevrilməsində, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmasında, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təminində, işğalçılardan təmizlənmiş regionların dirçəldilməsi və nəhayət, Prezident-Xalq-Ordu birliyi kimi vacib məsələlərdə öz payı var.

YAP Gəncə şəhər təşkilatı hazırda sıralarında 69 ərazi partiya təşkilatını və 42 mindən çox üzvü birləşdirdiyini qeyd edən Bayram Aslanov onu da bildiribki,  təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir.

Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini Adil Tağıyev müasir müstəqil Azərbaycanın uğurlarından bəhs edərkən, vurğulayıb ki, bu gün möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir: “Şanlı Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün, 744 mindən çox üzvü olan YAP sıralarının gündən-günə artması, sosial bazasının daha da möhkəmlənməsi Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsidir”.

Bitki Mühafizə Elmi Tədqiqat İnstitutu, direktoru İbrahim Cəfərov, fəal gənc Fəridə Allahverdiyeva  və digərləri Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətindən bəhs edərək, vurğulayıblar ki, hakim partiyaya qələbə qazandıran da xalqın partiyamızın yaradıcısı Ulu Öndər Heydər Əliyevə və onun bugünkü Sədri cənab İlham Əliyevə sonsuz inamı, etibarıdır.Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bundan sonra da yeni-yeni-yeni hədəflərə doğru inamla addımlayacaq.

Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqəsi təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 İyul 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri