Icma.az
close
up
RU
YAP Gəncə şəhər təşkilatı mükafatlandırma mərasimi keçirib FOTOLAR

YAP Gəncə şəhər təşkilatı mükafatlandırma mərasimi keçirib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimini keçirib.

"Unikal" xəbər verir ki, mərasimdə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə rəhbərləri, orta təhsil məktəblərinin direktorları, YAP Gəncə şəhər təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar və tələbə-gənclər iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı hər il ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən danışan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, silsilə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli Liderin dövlətçilik siyasəti, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu Öndərin xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Bayram Aslanov xüsusi ilə qeyd edib ki, tədbirlərin yüksək əhval-ruhiyyədə keçirilməsi dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündən qaynaqlanır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib:”Müdrik dövlət xadimi Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində milli maraqların qorunmasına, mənəvi dəyərlərin və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və Azərbaycanın müstəqilliyinin daimiliyini, inkişafını və tərəqqisini təmin edib. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirib.”

Sonra Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində geniş yer alan “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışının, inşa-yazı müsabiqəsinin, şahmat və dama turnirlərinin qalibləri, I və II, III yerləri bölüşdürən komandalar, yarışların hakimləri Fəxri fərman, qiymətli hədiyyələrlə təltif ediliblər. Bildirilib ki, bütün yarış iştirakçıları dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.

Tədbirdə, həmçinin partiyanın 70, 75 və 80 yaşı tamam olan partiya veteranlarına diplom və qiymətli hədiyyələr təqdim edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri