YAP Gəncə şəhər təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının 22 saylı (“Aztelekom” MMC-nin Qərb Regional filialı) ərazi partiya təşkilatında tədbir keçirilib.Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və digərləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi böyük nüfuz qazandığını, ölkənin inkişafı naminə yeni hədəflərin reallığa çevrilməsi istiqamətində ardıcıl addımlar atdığını vurğulayıblar. Qeyd edilib ki, bu gün də YAP-ın fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır və bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlar fonunda Prezident, YAP Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsi bunun bariz nümunəsidir.
Daha sonra təşkilati məsələlərə baxılıb. Mirdamət Cabbarlı ərazi partiya təşkilatının sədri, Mətanət Məmmədova isə sədr müavini seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 Yanvar 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















