Icma.az
close
up
RU
YAP ın altı ay gecikən qurultayı payız SON tarix...

YAP ın altı ay gecikən qurultayı payız SON tarix...

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyasının (YAP) növbəti qurultayı müəyyən edilmiş vaxtdan altı ay gecikir. Belə ki, YAP-ın sonuncu qurultayı 2021-ci il martın 5-də keçirilib. Nizamnaməyə əsasən, partiyanın qurultayı 5 ildən bir keçirilir. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq. Qurultaylar adətən yalnız formal tədbir olmur - onlar həm siyasi kursun təsdiqi, həm də struktur və proqram yenilənməsi üçün əsas platformadır.

Mümkündür ki, qurultay oktyabr və ya noyabr ayının ilk ongünlüyündə keçirilsin. Bu qurultayda partiyanın ötən 5 illik hesabatı dinləniləcək, eyni zamanda, partiyanın İdarə Heyətində, o cümlədən partiyanın Veteranlar Şurasında diqqətçəkən dəyişikliklər olacaq. İddialara görə, idarəetmədə yer alan, lakin Partiyaya töhfə verə bilməyən hər kəslə yollar ayrılacaq, bəzi gənc deputatlar idarəçilikdə daha aktiv postlarda yer alacaqlar. Həmçinin Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri vəzifəsinə yeni sima gətiriləcək. Nəsiminin icra başçısı təyin olunmuş Tahir Budaqov isə güman ki, İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərəcək.

Yeri gəlmişkən, iyulda YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunublar. Onların yerinə təyinatlar da olub. Bu da partiyanın yeni strategiyasında gənc kadrlara daha da önəm veriləcəyi haqda rəyləri artırıb…

Hakim partiyanın deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, nizamnamədə qurultayın 5 ildən bir keçirilməsi qeyd olunub. Onun sözlərinə görə, amma mütləq deyil ki, qurultay 5 ilin tamamında keçirilsin: “Partiyamız nizamnaməyə uyğun şəkildə qurultay keçirəcək. Sadəcə, konkret nə vaxt olacağı barədə məlumatım yoxdur”. 

Qeyd edək ki, YAP "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılıb. 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb. Partiyanın təxminən 800 min üzvü var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri