Icma.az
close
up
RU
YAP Mərkəzi Aparatında görüş keçirilib

YAP Mərkəzi Aparatında görüş keçirilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə cari ilin 13-20 noyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş YAP nümayəndə heyətinin ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao ilə görüşü keçirilib. SİA xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov möhkəm dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradələri sayəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ilə ölkələrarası münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan hər iki ölkə bütün sahələrdə işbirliyinin dərinləşdirilməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atılmaqdadır”.

Qarşılıqlı səfərlərin həm ölkələr, həm də partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin qiymətləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətinə diqqəti cəlb edən Tahir Budaqov vurğulayıb ki, Azərbaycan-Çin münasibətlərinin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir: “Partiyalarımız arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv xarakter daşıyır. Məmnunluqla qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçirildi, əlaqələrin hazırkı durumu və perspektiv imkanlar geniş müzakirə olundu. Xüsusilə də, iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanması tarixi əhəmiyyətə malik olmaqla bərabər, qarşılıqlı inam, hörmət və etimada əsaslanan səmərəli işbirliyinin genişləndirilməsi baxımından böyük önəm kəsb edir. Yeni mərhələdə görüləcək işlər ortaq maraqlarımızı təmin etməklə həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı və perspektivli olacaqdır”.

YAP Mərkəzi Aparatının rəhbəri daimi təmasların gənclər arasında da səmərəli ünsiyyətin gücləndirilməsinə, mütəmadi olaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə kimi önəmini diqqətə çatdırıb.

Tahir Budaqov səfər zamanı göstərilən yüksək diqqətə görə nümayəndə heyəti adından Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra YAP İdarə Heyətinin üzvləri, millət vəkilləri Pərvin Kərimzadə, Hikmət Məmmədov, Azər Badamov, Ülviyyə Həmzəyeva, partiyanın Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov səfər haqqında təəssüratlarını bölüşüblər.

ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao Çinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıyaraq uğurla inkişaf etdiyini söyləyib. O, ÇXR-in Baş nazirin müavini Din Süesənin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti və min nəfərədək digər iştirakçı ilə Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da təmsil olunduğunu və Bakıda mühüm görüşlərin keçirildiyini xatırladıb. Din Tao bəzi qüvvələrin qarayaxma kampaniyası aparmasına və prosesə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim etdiyini və COP29 çərçivəsində “Bakı Maliyyə Məqsədləri” sənədinin qəbul edilməsinin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə tarixi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın qlobal müstəvidə belə bir mühüm nailiyyətə imza atması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın önəmindən bəhs edən Din Tao YAP nümayəndə heyətinin səfərinin uğurlu olmasının böyük məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təşəkkürünü bildirərək müvəffəqiyyətlər arzulayıb.

Görüşdə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin üçüncü katibi Se Yilin də iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri