Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Müstəqil Azərbaycanın inkişaf yolunun memarı

Müstəqil Azərbaycanın inkişaf yolunun memarı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Azər Allahverənov,
Milli Məclisin deputatı

Azərbaycanın müasir tarixində dərin iz buraxmış, dövlət müstəqilliyinin möhkəmlənməsi və milli dirçəlişin təmin olunmasında əvəzsiz xidmətlər göstərmiş Prezident İlham Əliyev xalqımızın yaddaşında müdrik liderlik, qətiyyət və uzaqgörən siyasətin rəmzi kimi yer alıb.

Onun doğum günü artıq çoxdan sadəcə təqvim hadisəsi olmaqdan çıxaraq, bütün bir dövrün, bir ideyanın güclü, müasir və qalib Azərbaycanın yaranış fəlsəfəsinin rəmzinə çevrilib.

Bu gün xalq bu tarixi yalnız bir liderin doğum günü kimi deyil, həm də ölkənin taleyinə yön vermiş, milli inamı bərpa etmiş və dövlətçiliyin dayaqlarını möhkəmləndirmiş bir şəxsiyyətin fəaliyyətinə dərin ehtiram və minnətdarlıqla yad edir.

Prezident İlham Əliyevin adı müasir Azərbaycanın inkişafı, sabitliyi və beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır. Onun rəhbərliyi altında ölkəmiz siyasi müdrikliklə iqtisadi gücün, milli dəyərlərlə müasir baxışın və diplomatik çevikliyin qovuşduğu bir modelə çevrilib.

Bu gün xalqın yaddaşında qeyd olunan bu əlamətdar gün, əslində, Azərbaycanın dövlətçilik salnaməsində yeni mərhələnin başlanğıc nöqtəsi, müstəqilliyin möhkəm dayaqları üzərində ucalan bir dövlətin rəmzidir.

2003-cü ildən etibarən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi müasir mərhələyə qədəm qoydu.

Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm siyasi, iqtisadi və ideoloji təməl bu mərhələnin başlanğıc nöqtəsi oldu. Məhz həmin təməllər üzərində Prezident İlham Əliyev yeni dövrün çağırışlarına cavab verən müasir idarəetmə modelini formalaşdırdı.

Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaqla yanaşı, dövlətin davamlı inkişafını təmin edəcək sistemin əsasını qoymuşdu. Onun uzaqgörən siyasəti, sabitlik və milli həmrəyliyin bərpası istiqamətində gördüyü işlər müasir Azərbaycan dövlətçiliyinin əsas sütunlarına çevrildi.

Prezident İlham Əliyev isə həmin ideyaları yeni dövrün reallıqlarına uyğunlaşdıraraq müstəqil Azərbaycanın inkişaf salnaməsinə yeni səhifələr əlavə etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatında keyfiyyətcə yeni model formalaşdırıldı. Dövlətin məqsədi yalnız iqtisadi artım deyil, eyni zamanda insan amilinin önə çəkilməsi, sosial rifahın davamlı yüksəlişi idi.

“Regionların sosial-iqtisadi inkişafı” proqramlarının uğurla icrası nəticəsində bölgələrdə minlərlə yeni müəssisə və iş yeri yaradıldı, kəndlər və şəhərlər yenidən quruldu, infrastruktur tamamilə yeniləndi. Neft gəlirlərinin səmərəli idarə olunması sayəsində Azərbaycan neftdən asılı olmayan iqtisadi sistem qura bildi.

Bu gün kənd təsərrüfatı, sənaye, turizm, nəqliyyat və texnologiyalar sahəsində əldə olunan nəticələr Azərbaycanın iqtisadi dayanıqlığının və Prezidentin dərin strateji baxışının göstəricisidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu son 20 ildə tamamilə yenidən formalaşdı. Müasir silah sistemləri, peşəkar hərbi kadrlar və yüksək mənəvi ruh – bütün bunlar 2020-ci ildə əldə edilən tarixi Zəfərin əsaslarını yaratdı. 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu qələbə təkcə torpaqların azadlığı deyil, həm də ədalətin, milli qürurun və dövlət suverenliyinin bərpası demək idi.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri hava limanlarının, yolların, sənaye parklarının və “ağıllı kəndlərin” inşası Prezidentin uzaqgörən siyasətinin real nəticələridir.

Prezident İlham Əliyev bu illər ərzində Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş və sabitlik adası kimi tanıtdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik fəaliyyəti, Türk Dövlətləri Təşkilatında fəal rolu, Avropa İttifaqı və BMT çərçivəsində təşəbbüsləri ölkəmizin diplomatik nüfuzunu daha da yüksəltdi.

Müstəqil siyasət, balanslı münasibətlər və milli maraqlara söykənən qərarlar İlham Əliyevi qlobal siyasətdə bölgənin aparıcı liderlərindən birinə çevirdi.

Prezident İlham Əliyevin siyasətinin mərkəzində daim Azərbaycan vətəndaşı dayanır. Onun rəhbərliyi ilə həyata keçirilən sosial proqramlar, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğı, təhsil və səhiyyə sistemində islahatlar, gənclərin və qadınların ictimai həyata fəal cəlbi ölkədə sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda, Azərbaycan bu gün dünyada multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır. Mədəniyyət, elm, idman və beynəlxalq humanitar tədbirlər sahəsində əldə olunan nailiyyətlər ölkəmizi regionun mədəni mərkəzinə çevirib.

İlham Əliyev Azərbaycanın bu günü və sabahı arasında dayanıqlı körpü yaradan liderdir. Onun siyasi iradəsi, prinsipiallığı və xalqla birliyi dövlətçiliyimizin əsas sütunlarına çevrilib.

Azərbaycan bu gün sabitlik, inkişaf və milli həmrəylik məkanıdır. Bu, Prezident İlham Əliyevin 20 ildən artıq davam edən fədakar fəaliyyətinin ən böyük nəticəsidir.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sadiq qalaraq Azərbaycanı sabitlik, inkişaf və qələbələr yolunda inamla irəlilədən möhtərəm Prezidentimizə möhkəm cansağlığı, uzun ömür və yeni dövlətçilik uğurları arzulayıram.

Doğum gününüz mübarək, cənab Prezident!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Dekabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see396

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see317

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see296

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see295

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see292

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see287

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see270

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see269

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see265

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see257

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see251

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see250

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see239

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see233

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see207

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see205

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see184

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri