Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Müstəqil Azərbaycanın investisiya salnaməsi

Müstəqil Azərbaycanın investisiya salnaməsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən dövrdə ölkə iqtisadiyyatına 350 milyard dollarlıq kapital yatırılıb

Ölkəmizin son 20 ildəki iqtisadi təkamülü baza infrastrukturunun bərpasından tutmuş dərin texnoloji modernləşməyə və logistik qovşaqların yaradılmasına qədər geniş bir prosesi əhatə edir. Azərbaycan–Latviya biznes forumunda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövrdə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub. Doğurdan da, Cənubi Qafqaz kimi geosiyasi proseslərin kəsişdiyi bir nöqtədə irihəcmli maliyyəni buraya yönləndirməyin özü belə iqtisadi manevr imkanlarınn peşəkarcasına istifadəsini göstərir.

Ümumiyyətlə, hər bir maliyyə nəhənginin ilk investisiya tələbi ölkədəki sabitlik və hüquqi bazanın vəziyyəti ilə bağlıdır. Azərbaycanın investisiya uğuru biznes mühitinin əlverişliliyi və proqnozlaşdırıla bilən hüquqi baza ilə bağlıdır. 170 milyard dollarlıq xarici investisiyanın cəlb edilməsində beynəlxalq tərəfdaşların maraqlarının qanuni şəkildə qorunması faktı bu məsələdə xüsusi rol oynayır.

Digər tərəfdən, sözügedən xarici kapital Azərbaycanı Avropanın enerji xəritəsində mühüm oyunçuya çevirmişdir. Əsas investisiya sahəsi neft-qaz sektoru olsa da, bu vəsaitlər təkcə hasilata deyil, həm də mürəkkəb boru kəməri sistemlərinin qurulmasına yönəldilmişdir. Məsələn, Cənub Qaz Dəhlizi ümumi dəyəri təxminən 40 milyard dollardır, xarici və birgə investisiyaların ən ümdə nümunəsidir. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin ümumi büdcəsi 4,7 milyard dollar təşkil etmişdir. TANAP - təxminən 8 milyard dollarlıq investisiya ilə ərsəyə gəlmiş, Türkiyə ərazisindən keçən əsas seqmenti təşkil edir. TAP isə 4,5 milyard avro dəyərindədir və Azərbaycan qazının ilk dəfə İtaliya, Yunanıstan və Albaniya bazarlarına çıxışını reallaşdırmışdır.

HAŞİYƏ: Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır ki, bu da qoyulan investisiyaların strateji əhəmiyyətini göstərir. Ölkə başçısının Latviya prezidenti ilə biznes–forumda iştirakı zamanı bildirdiyi kimi, biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik.

Azərbaycan hazırda Avrasiyanın əsas logistik mərkəzidir. Təkcə 2024-cü ilə qədər yolların tikintisi və təmirinə 4,96 milyard manat sərf edilmişdir. Son 20 ildə 15 min kilometrdən çox avtomobil yolu çəkilmişdir. Digər tərəfdən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 3 mərhələli tikintisi üçün təqribən 870 milyon manata qədər vəsait xərclənib. 2024-cü ilin sonunda limanın gücünü 25 milyon tona çatdırmaq üçün əlavə 20 milyon manat ayrılmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə gəldikdə isə ümumi dəyəri 600 milyon dollardan çox olan plan regionda qarşılıqlı münasibətlərin güclənməsində əsas faktordur. Qeyd edək ki, ölkəmiz Gürcüstana bu xəttin inşası üçün 775 milyon dollar güzəştli kredit də ayırmışdır.

“Yaşıl enerji” sahəsi də investisiyaların əsas ünvanlarından biridir. Azərbaycan qarşıdakı onilliyə aydın və iddialı enerji gündəliyi ilə daxil olur. Strateji məqsəd 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrinin payını 30 faizə yüksəltməkdir. Bu hədəf iqtisadi transformasiyanın əsas istiqamətlərindən biri kimi formalaşır. Bu istiqamətdə həyata keçirilən layihələr artıq konkret nəticələrlə diqqət çəkir.

Ümumiyyətlə, Qaradağda inşa olunan 230 MVt gücündə günəş elektrik stansiyası xarici investisiyanın real təzahürü kimi çıxış edir. 262 milyon dollarlıq sərmayə ilə reallaşdırılan bu layihə Azərbaycanın “yaşıl enerji” xəritəsində mühüm yer tutur. Eyni zamanda, Xızı-Abşeron külək elektrik stansiyası da ölkənin enerji balansında yeni mərhələnin başlanğıcını simvolizə edir. 240 MVt gücə malik bu layihəyə yönəldilən 286 milyon dollarlıq investisiya alternativ enerji sektoruna artan beynəlxalq marağın göstəricisidir.

Regionlarda da bu proses sürətlə davam edir. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan iki günəş elektrik stansiyasının tikintisi üçün 2024-cü ildə imzalanan 160 milyon dollarlıq kredit sazişi Azərbaycanın enerji təhlükəsizliyini şaxələndirmək niyyətinin bariz ifadəsidir.

Enerji sektorundakı bu dinamika sənaye sahəsində də paralel şəkildə müşahidə olunur. Ölkə üzrə fəaliyyət göstərən sənaye parkları və məhəllələrə indiyədək 8,1 milyard manatlıq investisiyanın yönəldilməsi qeyri-neft sektorunun inkişafına verilən prioriteti ortaya qoyur. Bu sahədə aparıcı mövqeni isə 5,5 milyard manatlıq investisiya həcmi ilə Sumqayıt Kimya Sənaye Parkı qoruyur.

Təkcə son 5 ilin iqtisadi panoramına nəzər saldıqda aydın görünür ki, Azərbaycan qlobal investisiya xəritəsində mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Bu dövr ərzində ölkə iqtisadiyyatına ümumilikdə 29,3 milyard dollarlıq birbaşa xarici investisiyanın cəlb olunması iqtisadi etimadın və strateji sabitliyin göstəricisi kimi diqqət çəkir.

Xüsusilə 2024-cü il bu dinamikanın zirvə nöqtəsi kimi yadda qalıb. Həmin ildə Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 7,05 milyard dollara yüksələrək son beş ilin ən yüksək səviyyəsinə çatıb. Bu artım əvvəlki illə müqayisədə 5,8 faizlik yüksəliş deməkdir və iqtisadi mühitin daha da cəlbedici hala gəldiyini açıq şəkildə nümayiş etdirir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə ölkəyə daxil olan birbaşa xarici investisiyaların həcmi 6,66 milyard dollar təşkil etmişdi. Lakin cəmi bir il ərzində müşahidə olunan artım tempinin sürətlənməsi Azərbaycanın iqtisadi siyasətinin çevikliyini, investorlar üçün yaradılan əlverişli şəraitin real nəticələr verdiyini göstərir.

Ölkəmizə yönələn birbaşa xarici investisiya axınında əsas pay məhz Birləşmiş Krallığa məxsusdur. 2020–2024-cü illər ərzində bu ölkədən Azərbaycan iqtisadiyyatına 8,63 milyard dollarlıq sərmayə daxil olub ki, bu da iqtisadi əlaqələrin dərinliyindən xəbər verir. İnvestisiya sıralamasında ikinci pillədə qardaş Türkiyə qərarlaşıb. Son 5 ildə Türkiyədən ölkəmizə yönələn birbaşa investisiyaların həcmi 5,03 milyard dollara çatıb. Üçüncü sırada yer alan digər türk dövləti – Şimali Kipr isə 2,91 milyard dollarlıq investisiya ilə Azərbaycanın iqtisadi inkişafında iştirak edən əsas tərəfdaşlardan biri kimi ön plana çıxır.

Ümumilikdə isə son beş ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən 29,3 milyard dollarlıq birbaşa xarici investisiyanın böyük hissəsi – 88,3 faizi məhz on ölkənin payına düşür. Bu fakt göstərir ki, ölkənin investisiya mühiti müəyyən aparıcı iqtisadi mərkəzlər üçün xüsusilə cəlbedicidir və formalaşan tərəfdaşlıq şəbəkəsi getdikcə daha sistemli və dayanıqlı xarakter alır.

Azərbaycana yatırılan investisiyalara paralel olaraq ölkəmizin də xaricə olan vəsait qoyuluşu olduqca çoxdur. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) “Qlobal İnvestisiya Hesabatı”nda deyilir ki, 2000-2024-cü illər ərzində Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi 29 milyard 876 milyon ABŞ dolları təşkil edib. Bu göstərici 2000-2023-cü illərdə 28 milyard 644 milyon ABŞ dolları, 2000-2010-cu illərdə isə 5 milyard 790 milyon ABŞ dolları olub.

20 ildə qoyulan 350 milyard dollarlıq investisiya Azərbaycanın iqtisadi müstəqilliyini təmin etmiş və onu regional mərkəzə çevirmişdir. Xarici investisiyalar texnoloji bazanı yenilədiyi halda, daxili vəsaitlər sosial rifahın yüksəldilməsinə və strateji infrastrukturun. Şübhəsiz ki, bundan sonrakı dövrdə investisiya strategiyasından gözlənti ölkənin neftdən asılılığının azaldılmasından ibarətdir.

Nurlan ABDALOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see588

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see426

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see421

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see391

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see374

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see370

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see332

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see267

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see256

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see248

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see234

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see232

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see218

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see216

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see215

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see212

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see211

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see209

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see181

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri