Icma.az
close
up
RU
YAP nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsində görüş

YAP nümayəndə heyəti ÇKP Mərkəzi Komitəsində görüş

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səfər çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min ilə görüş keçirilib.
YAP nümayəndə heyətini salamlayan Van Min strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Çin-Azərbaycan münasibətlərinin nümunəvi xarakter daşıdığını, ölkələr və partiyalararası çoxşaxəli əlaqələrin müsbət dinamikaya malik olduğunu və parlaq perspektivlər vəd etdiyini bildirib. Van Min qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində yüksək nüfuza malik iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Avrasiyada təhlükəsizlik və işbirliyi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. O, Azərbaycan ilə Çinin milli maraqlara əsaslanaraq beynəlxalq platformalarda bir-birinə daim dəstək göstərdiklərini xüsusi vurğulayıb.
Ölkəsinin yüksələn güc mərkəzi kimi qlobal müstəvidə strateji hədəflərindən söz açan Van Min Çinin digər tərəfdaş dövlətlərlə olduğu kimi, dost Azərbaycanla da əməkdaşlığa böyük əhəmiyyət verdiyini və milli maraqların təmini istiqamətində ortaq siyasi iradənin mövcud olduğunu diqqətə çatdırıb.
Azərbaycanın bəşəriyyət üçün taleyüklü məsələlərin həllində fəal roluna diqqəti cəlb edən Van Min ölkəmizin daha bir mühüm beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a uğurla evsahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim edəcəyinə inamını ifadə edib.
Van Min YAP nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin, xüsusilə də iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfə verəcəyinə, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrində yeni səhifə açacağına əminliyini bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Çinin diplomatik əlaqələrinin mövcud olduğu 30 ildən artıq müddətdə ikitərəfli qaydada və beynəlxalq platformalar çərçivəsində münasibətlərin uğurla inkişaf etdiyini və əhəmiyyətli nailiyyətlər qazanıldığını söyləyib.
Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqla tarixi ədalətsizliyi aradan qaldırdığını vurğulayan YAP Sədrinin müavini Avrasiyanın mühüm geostrateji məntəqələrindən olan Cənubi Qafqazda yaranmış yeni reallıqlardan bəhs edərək postmüharibə dövründə ölkəmizin təşəbbüslərinin sülhə, sabitliyə, təhlükəsizliyə və inkişafa hədəfləndiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
“İstər Azərbaycan, istərsə də Çin müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara hörmət prinsipinə əsaslanan ədalətli və çoxqütblü siyasi nizamın tərəfdarıdır. Multilateralizm tərəfdarı kimi çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verən, beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyən və ikili standartları rədd edən ölkələrimiz müstəqil, prinsipial və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər”,- deyə Tahir Budaqov əlavə edib.
YAP Sədrinin müavini bəşəriyyətin sağlam və xoşbəxt gələcəyinə hədəflənmiş təşəbbüslər irəli sürən və məqsədyönlü tədbirlər həyata keçirən Azərbaycanın bu günlərdə COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsini diqqətə çatdıraraq Çinin bu istiqamətdə ölkəmizə dəstəyinin dostluq və tərəfdaşlıq örnəyi kimi təqdirəlayiq olduğunu söyləyib.
Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Tahir Budaqov YAP-ın dost və tərəfdaş ölkələrin hakim partiyaları, o cümlədən Çin Kommunist Partiyası ilə səmərəli işbirliyinə malik olduğunu qeyd edib. "Heç şübhəsiz, YAP və ÇKP arasında əməkdaşlıq memorandumun imzalanması ilə partiyalararası münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. Dostluğun, qarşılıqlı hörmət və etimadın təzahürü olan memorandum bir çox mühüm sahələri əhatə etməklə gələcəyə yönəlik əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir”, - deyən YAP Sədrinin müavini birgə fəaliyyət nəticəsində yeni tarixi uğurlara imza atılacağına əminliyini ifadə edib.
Görüş zamanı partiyanın İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Məmmədov, Pərvin Kərimzadə, Elnarə Akimova, Ülviyyə Həmzəyeva, Azər Badamov, YAP Təftiş Komissiyasının sədri, millət vəkili Sevinc Hüseynova, Təftiş Komissiyasının üzvləri, millət vəkilləri Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin üzvü, millət vəkili Səbinə Xasayeva Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı durumu və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.
Noyabrın 15-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin, ÇKP Szyansu Vilayət Komitəsinin və BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının birgə təşkilatçılığı ilə “Qlobal sivilizasiya təşəbbüsünün həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə də iştirak edib. Eyni zamanda, nümayəndə heyətinin Nankin şəhərinin tarixi məkanlarına, Qədim Çin Dövlət İmtahanları Muzeyinə və Konfutsi Məbədinə ziyarəti təşkil olunub.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azvision.az
archiveBu xəbər 16 Noyabr 2024 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see347

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see308

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see276

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see266

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see258

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see247

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see247

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see245

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see233

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see232

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see225

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see222

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see220

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see219

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see208

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see208

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see187

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see177

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri