Icma.az
close
up
RU
YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü keçirilib

YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü keçirilib

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

Səfər çərçivəsində noyabrın 15-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min ilə görüş keçirilib.

YAP nümayəndə heyətini salamlayan Van Min strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Çin-Azərbaycan münasibətlərinin nümunəvi xarakter daşıdığını, ölkələr və partiyalararası çoxşaxəli əlaqələrin müsbət dinamikaya malik olduğunu və parlaq perspektivlər vəd etdiyini bildirib. Van Min qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində yüksək nüfuza malik iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Avrasiyada təhlükəsizlik və işbirliyi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. O, Azərbaycan ilə Çinin milli maraqlara əsaslanaraq beynəlxalq platformalarda bir-birinə daim dəstək göstərdiklərini xüsusi vurğulayıb.

Ölkəsinin yüksələn güc mərkəzi kimi qlobal müstəvidə strateji hədəflərindən söz açan Van Min Çinin digər tərəfdaş dövlətlərlə olduğu kimi, dost Azərbaycanla da əməkdaşlığa böyük əhəmiyyət verdiyini və milli maraqların təmini istiqamətində ortaq siyasi iradənin mövcud olduğunu diqqətə çatdırıb.

Azərbaycanın bəşəriyyət üçün taleyüklü məsələlərin həllində fəal roluna diqqəti cəlb edən Van Min ölkəmizin daha bir mühüm beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a uğurla evsahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim edəcəyinə inamını ifadə edib.

Van Min YAP nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin, xüsusilə də iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfə verəcəyinə, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrində yeni səhifə açacağına əminliyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Çinin diplomatik əlaqələrinin mövcud olduğu 30 ildən artıq müddətdə ikitərəfli qaydada və beynəlxalq platformalar çərçivəsində münasibətlərin uğurla inkişaf etdiyini  və əhəmiyyətli nailiyyətlər qazanıldığını söyləyib.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqla tarixi ədalətsizliyi aradan qaldırdığını vurğulayan YAP Sədrinin müavini Avrasiyanın mühüm geostrateji məntəqələrindən olan Cənubi Qafqazda yaranmış yeni reallıqlardan bəhs edərək postmüharibə dövründə ölkəmizin təşəbbüslərinin sülhə, sabitliyə, təhlükəsizliyə və inkişafa hədəfləndiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

“İstər Azərbaycan, istərsə də Çin müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara hörmət prinsipinə əsaslanan ədalətli və çoxqütblü siyasi nizamın tərəfdarıdır. Multilateralizm tərəfdarı kimi çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verən, beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyən və ikili standartları rədd edən ölkələrimiz müstəqil, prinsipial və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər”,- deyə Tahir Budaqov əlavə edib.

YAP Sədrinin müavini bəşəriyyətin sağlam və xoşbəxt gələcəyinə hədəflənmiş təşəbbüslər irəli sürən və məqsədyönlü tədbirlər həyata keçirən Azərbaycanın bu günlərdə COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsini diqqətə çatdıraraq Çinin bu istiqamətdə ölkəmizə dəstəyinin dostluq və tərəfdaşlıq örnəyi kimi təqdirəlayiq olduğunu söyləyib.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Tahir Budaqov YAP-ın dost və tərəfdaş ölkələrin hakim partiyaları, o cümlədən Çin Kommunist Partiyası ilə səmərəli işbirliyinə malik olduğunu qeyd edib. "Heç şübhəsiz, YAP və ÇKP arasında əməkdaşlıq memorandumun imzalanması ilə partiyalararası münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. Dostluğun, qarşılıqlı hörmət və etimadın təzahürü olan memorandum bir çox mühüm sahələri əhatə etməklə gələcəyə yönəlik əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir”, - deyən YAP Sədrinin müavini birgə fəaliyyət nəticəsində yeni tarixi uğurlara imza atılacağına  əminliyini ifadə edib.

Görüş zamanı partiyanın İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Məmmədov, Pərvin Kərimzadə, Elnarə Akimova, Ülviyyə Həmzəyeva, Azər Badamov, YAP Təftiş Komissiyasının sədri, millət vəkili Sevinc Hüseynova, Təftiş Komissiyasının üzvləri, millət vəkilləri Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin üzvü, millət vəkili Səbinə Xasayeva Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı durumu və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Noyabrın 15-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin, ÇKP Szyansu Vilayət Komitəsinin və BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının birgə təşkilatçılığı ilə “Qlobal sivilizasiya təşəbbüsünün həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə də iştirak edib. Eyni zamanda, nümayəndə heyətinin Nankin şəhərinin tarixi məkanlarına, Qədim Çin Dövlət İmtahanları Muzeyinə və Konfutsi Məbədinə ziyarəti təşkil olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri