Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü keçirildi FOTOLAR

YAP nümayəndə heyətinin ÇKP Mərkəzi Komitəsinin departament direktoru ilə görüşü keçirildi FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verildiyi kimi, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.

"Unikal"ın məlumatına görə, səfər çərçivəsində noyabrın 15-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Beynəlxalq əlaqələr şöbəsinin Altıncı Departamentinin direktoru xanım Van Min ilə görüş keçirilib.

YAP nümayəndə heyətini salamlayan Van Min strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə qədəm qoyan Çin-Azərbaycan münasibətlərinin nümunəvi xarakter daşıdığını, ölkələr və partiyalararası çoxşaxəli əlaqələrin müsbət dinamikaya malik olduğunu və parlaq perspektivlər vəd etdiyini bildirib. Van Min qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemində yüksək nüfuza malik iki dövlət arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Avrasiyada təhlükəsizlik və işbirliyi nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. O, Azərbaycan ilə Çinin milli maraqlara əsaslanaraq beynəlxalq platformalarda bir-birinə daim dəstək göstərdiklərini xüsusi vurğulayıb.

Ölkəsinin yüksələn güc mərkəzi kimi qlobal müstəvidə strateji hədəflərindən söz açan Van Min Çinin digər tərəfdaş dövlətlərlə olduğu kimi, dost Azərbaycanla da əməkdaşlığa böyük əhəmiyyət verdiyini və milli maraqların təmini istiqamətində ortaq siyasi iradənin mövcud olduğunu diqqətə çatdırıb.

Azərbaycanın bəşəriyyət üçün taleyüklü məsələlərin həllində fəal roluna diqqəti cəlb edən Van Min ölkəmizin daha bir mühüm beynəlxalq tədbirə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a uğurla evsahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim edəcəyinə inamını ifadə edib.

Van Min YAP nümayəndə heyətinin səfəri çərçivəsində keçirilən məhsuldar görüşlərin, xüsusilə də iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfə verəcəyinə, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrində yeni səhifə açacağına əminliyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Çinin diplomatik əlaqələrinin mövcud olduğu 30 ildən artıq müddətdə ikitərəfli qaydada və beynəlxalq platformalar çərçivəsində münasibətlərin uğurla inkişaf etdiyini  və əhəmiyyətli nailiyyətlər qazanıldığını söyləyib.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin bərpasına nail olmaqla tarixi ədalətsizliyi aradan qaldırdığını vurğulayan YAP Sədrinin müavini Avrasiyanın mühüm geostrateji məntəqələrindən olan Cənubi Qafqazda yaranmış yeni reallıqlardan bəhs edərək postmüharibə dövründə ölkəmizin təşəbbüslərinin sülhə, sabitliyə, təhlükəsizliyə və inkişafa hədəfləndiyini bildirib. O, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan haqlı və ədalətli mövqeyinə birmənalı dəstəyinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

“İstər Azərbaycan, istərsə də Çin müasir beynəlxalq münasibətlər sistemində milli maraqlara hörmət prinsipinə əsaslanan ədalətli və çoxqütblü siyasi nizamın tərəfdarıdır. Multilateralizm tərəfdarı kimi çoxtərəfli diplomatiyaya böyük əhəmiyyət verən, beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyən və ikili standartları rədd edən ölkələrimiz müstəqil, prinsipial və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər”,- deyə Tahir Budaqov əlavə edib.

YAP Sədrinin müavini bəşəriyyətin sağlam və xoşbəxt gələcəyinə hədəflənmiş təşəbbüslər irəli sürən və məqsədyönlü tədbirlər həyata keçirən Azərbaycanın bu günlərdə COP29-a müvəffəqiyyətlə ev sahibliyi etməsini diqqətə çatdıraraq Çinin bu istiqamətdə ölkəmizə dəstəyinin dostluq və tərəfdaşlıq örnəyi kimi təqdirəlayiq olduğunu söyləyib.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirən Tahir Budaqov YAP-ın dost və tərəfdaş ölkələrin hakim partiyaları, o cümlədən Çin Kommunist Partiyası ilə səmərəli işbirliyinə malik olduğunu qeyd edib. "Heç şübhəsiz, YAP və ÇKP arasında əməkdaşlıq memorandumun imzalanması ilə partiyalararası münasibətlərdə yeni mərhələnin əsası qoyuldu. Dostluğun, qarşılıqlı hörmət və etimadın təzahürü olan memorandum bir çox mühüm sahələri əhatə etməklə gələcəyə yönəlik əməkdaşlığımızın əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir”, - deyən YAP Sədrinin müavini birgə fəaliyyət nəticəsində yeni tarixi uğurlara imza atılacağına  əminliyini ifadə edib.

Görüş zamanı partiyanın İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Məmmədov, Pərvin Kərimzadə, Elnarə Akimova, Ülviyyə Həmzəyeva, Azər Badamov, YAP Təftiş Komissiyasının sədri, millət vəkili Sevinc Hüseynova, Təftiş Komissiyasının üzvləri, millət vəkilləri Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin üzvü, millət vəkili Səbinə Xasayeva Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətlərinin mühüm tərkib hissəsi olan YAP-ÇKP əməkdaşlığının hazırkı durumu və gələcək hədəflərlə bağlı fikirlərini bildiriblər.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Noyabrın 15-də YAP nümayəndə heyəti Çin Kommunist Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin, ÇKP Szyansu Vilayət Komitəsinin və BRICS Beyin Mərkəzləri Əməkdaşlığının Çin Şurasının birgə təşkilatçılığı ilə “Qlobal sivilizasiya təşəbbüsünün həyata keçirilməsi” mövzusunda keçirilən tədbirdə də iştirak edib. Eyni zamanda, nümayəndə heyətinin Nankin şəhərinin tarixi məkanlarına, Qədim Çin Dövlət İmtahanları Muzeyinə və Konfutsi Məbədinə ziyarəti təşkil olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see280

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see130

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see128

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see125

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri