Icma.az
close
up
RU
YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

YAP Qusar rayon təşkilatı 33 illiyini qeyd edib

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Qusarda Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
1993-cü ilin 14 fevral tarixində Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatı təsis olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, YAP Qusar rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar geniş tərkibdə tədbir keçirilib.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun bir sıra idarə və müəssisə rəhbərləri, partiya veteranları, ziyalılar və gənc partiya üzvləri iştirak etmişdir.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir Qusar rayonunda yerləşən “Şəfa” İstirahət Mərkəzində davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov Partiyanın tarixi, hazırda 6521 nəfər üzvü öz ətrafında birləşdirən rayon təşkilatının təsis olunması, ötən 33 illik fəaliyyəti haqqında məlumat verib. Sədr çıxışında vurğulayıb ki, Yeni Azərbaycan Partiyası 1992-ci ildə mürəkkəb ictimai-siyasi şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunub və qısa müddət ərzində ümumxalq partiyasına çevrilib. Qeyd edilib ki, partiya hər zaman milli maraqları, dövlətçilik prinsiplərini və xalqın rifahını əsas prioritet kimi müəyyənləşdirib. Partiyanın Qusar rayon təşkilatı da ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında mühüm rol oynayıb.


Tədbirdə çıxış edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bütün partiya üzvlərini və veteranlarını, YAP Qusar rayon təşkilatının kollektivini bu əlamətdar gün münasibətilə təbrik edib. Deputat qeyd edib ki, 1992-ci ildə dövlət müstəqilliyinin ciddi təhlükə qarşısında qaldığı bir dövrdə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrilərək ölkədə sabitliyin, qanunun aliliyinin və dövlətçilik prinsiplərinin bərpasında mühüm rol oynayıb. Çıxışında YAP Qusar rayon təşkilatının tarixindən bəhs edən deputat qeyd edib ki, partiyanın yaradıldığı ilk illərdə təsis olunan yerli təşkilatlardan biri olan rayon təşkilatı partiyanın siyasətini yerli səviyyədə uğurla həyata keçirir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov YAP Qusar rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə təşkilatın kollektivini, bütün üzvlərini və partiya veteranlarını təbrik edib. İcra başçısı partiyanın yaranmasının tarixi zərurətdən irəli gəldiyini bildirib, ölkədə sabitliyin və inkişafın təmin olunmasında Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə mürəkkəb ictimai-siyasi şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası bu gün ölkədə aparıcı siyasi qüvvədir. İcra başçısı həmçinin Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, Qusar rayonunda da genişmiqyaslı infrastruktur layihələrinin icra edildiyini diqqətə çatdırıb.
Tədbirdə partiya veteranları da Yeni Azərbaycan Partiyasının və YAP Qusar rayon təşkilatının yaradılması prosesinin canlı şahidləri kimi öz xatirələrini bölüşüblər.
Sonda partiya sıralarında uzun illər səmərəli fəaliyyəti ilə seçilən bir qrup veteran fəxri fərmanlarla təltif olunub. Eyni zamanda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Fevral 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri