Icma.az
close
up
RU
YAP Kəlbəcər rayon təşkilatı

YAP Kəlbəcər rayon təşkilatı

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

18 mart 2025 -ci il tarixdə YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə  Xəzər rayonun Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 nömrəli  tam orta məktəb üzrə Ərazi Partiya təşkilatında Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov 19 nömrəli Kəlbəcər rayon tam orta məktəbin müəllim və şagird kollektivini Novruz bayramı münasibətilə təbrik edib.O,Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqa ünvanladığı ənənəvi Novruz təbriklərinin birində dediyi sözləri ifadə edərək bildirdi:“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Həbib Misirov çıxışına davam edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı,Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Məktəbin direktoru Nöfəl Şirinov çıxış edərək bildirdi ki, bu gün Novruz bayramını dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar böyük məhəbbətlə, əcdadlarına, el-obalarına, müstəqil Azərbaycan Respublikasına bağlılıq hissləri ilə qeyd edirlər.
Novruz bayramı qəlblərdə ən ülvi bəşəri duyğular oyadır, qonaqpərvərlik, səmimilik, xeyirxahlıq kimi yüksək mənəvi dəyərlərlə insanları bir-birinə daha yaxın və əziz edir, dünyanı, təbiəti və insanları yeniləşdirərək, könülləri qurub-yaratmaq əzmi ilə doldurur. Tədbir məktəblilər tərəfindən hazırlanan səhnəciklər, kompozisiyalar və müxtəlif musiqilərlə davam edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri