Icma.az
close
up
RU
YAP Xəzər rayon təşkilatı şahmat turniri keçirib FOTOLAR

YAP Xəzər rayon təşkilatı şahmat turniri keçirib FOTOLAR

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı , Bakı şəhər Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şahmat turniri keçirib. SİA xəbər verir ki, turnir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən YAP Xəzər rayon təşkilatının sədr müavini Nənəcanov Şəfayət və Bakı şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Vəliyev Gündüz çıxış ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.

Çıxışların sonunda iştirakçılara uğurlar arzu edilib. Onu da qeyd etmək lazımdır ki, yarışlar Xəzər Gənclər Evində keçirilmişdir.

Daha sonra YAP Xəzər rayon təşkilatında mükafatlandırma mərasimi keçirilib. Bağlanış mərasimində çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanmışdır.Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi. Ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Ulu öndərin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər.

Qeyd edək ki, turnirdə Xəzər rayonunun ümumtəhsil məktəb şagirdlərindən qız və oğlan təmsilçi olmaqla 20 nümayəndə iştirak edib, öz məharətini və intellektini göstərib. Onlar arasında yarış Olimpiya sistemi üzrə keçirilib.

Gərgin mübarizə şəklində gedən turnirdə qızlar arasında birinci yerin qalibi Abdalova Sara, ikinci yerin sahibi Allahverənli Nəzakət, üçüncü yeri isə Rzayeva Səma tutublar. Oğlanlar arasında isə birinci yerin qalibi Xuduyev Fərid, ikinci yerin sahibi Ağazadə Şükür, üçüncü yeri də Əhmədli Ömər tutublar.

Qaliblərə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının, Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom , medal və hədiyyələri təqdim olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri