Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatında “Unudulmaz qətliam və Tarixi ədalət” adlı tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında “Unudulmaz qətliam və Tarixi ədalət” adlı tədbir keçirilib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Unudulmaz qətliam və Tarixi ədalət” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının dosenti Arzu Xəlilzadə, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri, rayon ərazisində yerləşən ali təhsil müəssisələrində təhsil alan tələbələr iştirak edib.

Əvvəlcə Yasamal rayonunda Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov və Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının dosenti Arzu Xəlilzadə çıxış edərək 31 Mart-Azərbaycanlıların soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərindən biri olduğunu vurğulayıblar. Qeyd olunub ki, 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Naxçıvan, Quba, Lənkəran, Salyan, Şamaxı, Qarabağ, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun” partiyasının silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində 50 mindən çox soydaşımız qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılıb. Bildirilib ki, azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin əsl həqiqəti ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Bildirilib ki, Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəyliyini nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Bundan əlavə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli anti terror tədbirləri nəticəsində ölkəmizdə separatizmin məhv edilməsi və həmin ilin oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Əldə olunan tarixi zəfərlərlə bütün şəhidlərimizin qisası alındı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri