Icma.az
close
up
RU
“YAP yeni məsuliyyət mərhələsindədir“ Kamaləddin Qafarov

“YAP yeni məsuliyyət mərhələsindədir“ Kamaləddin Qafarov

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi yeri onun yalnız siyasi təşkilat kimi fəaliyyət göstərməsi ilə məhdudlaşmır”.

Moderator.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında səsləndirib.

O, bildirib ki, partiyanın meydana çıxması ölkənin mürəkkəb ictimai-siyasi şərait yaşadığı, dövlətçilik institutlarının ciddi sınaqlardan keçdiyi bir dövrə təsadüf edib:

“Prezident, YAP Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər də bu tarixi mərhələyə yeni prizmadan nəzər salmağa imkan verir. Dövlət başçısının “Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi” fikri partiyanın siyasi dayağının mahiyyətini ifadə edir. YAP-ın yaranması ilə bağlı ən mühüm məqamlardan biri həmin prosesin Heydər Əliyev amili ilə bilavasitə bağlı olmasıdır. O illərdə cəmiyyətdə sabitliyə, idarəçilik təcrübəsinə və milli maraqları qorumağa qadir siyasi iradəyə ehtiyac getdikcə daha aydın görünürdü. İlham Əliyevin qurultayda Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını xalqın tələbi kimi xarakterizə etməsi də məhz bu kontekstdə əhəmiyyət daşıyır. Bu baxımdan YAP-ın siyasi tarixini dövlətçilik ideyasının qorunması və inkişaf etdirilməsi zərurəti ilə birlikdə nəzərdən keçirmək lazımdır”.

Millət vəkili qeyd edib ki, bu gün həmin tarixi xəttin ən mühüm xüsusiyyəti onun dəyişməz prinsiplərlə yeni şəraitə uyğunlaşmasıdır:

“Prezident İlham Əliyev qurultayda Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını vurğulayaraq onun əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi inkişaf, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə kimi müəyyənləşdirib. Burada əsas məqam həmin istiqamətlərin dövlət siyasətində bir-birini tamamlamasıdır. Müstəqil siyasi qərarlar üçün iqtisadi imkan, iqtisadi dayanıqlıq üçün güclü dövlət institutları, dövlətin təhlükəsizliyi üçün isə müdafiə qabiliyyəti tələb olunur. Beləliklə, bu istiqamətlər vahid dövlətçilik konsepsiyasını tamamlayır. Son illərin təcrübəsi bu siyasi xəttin praktiki nəticələrini də aydın göstərib. 2020-ci il Zəfərindən sonra qarşıya qoyulan əsas məqsəd ərazi bütövlüyünün tam bərpası idi. Dövlət başçısının sözlərinə görə, bu istiqamətdə bir gün belə fasilə verilməyib və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər müxtəlif cəbhələrdə fəaliyyət göstərilib. VIII Qurultayın ərazi bütövlüyü və suverenliyin tam bərpa edildiyi şəraitdə keçirilməsi də partiyanın siyasi tarixində yeni mərhələyə işarədir. Əgər əvvəlki dövrlərdə əsas məsələ dövlətin mövcudluğunu və müstəqilliyini möhkəmləndirmək idisə, bu gün həmin imkanlar daha geniş inkişaf gündəliyinin əsasını təşkil edir. Bu dəyişiklik YAP-ın qarşısındakı vəzifələrin məzmununa da təsir göstərir. Artıq siyasi fəaliyyət yalnız keçmişin nəticələrinin qorunması ilə məhdudlaşa bilməz. Qarşıdakı mərhələdə iqtisadi gücün artırılması, insan kapitalının inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət institutlarının səmərəliliyinin yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi kimi məsələlər ön plana çıxır. Beləliklə, qurultayda səslənən fikirlər YAP-ın fəaliyyətini siyasi irslə gələcəyin dövlətçilik hədəfləri arasında bağlayır. YAP-ın tarixi missiyasının mühüm cəhəti də siyasi varisliyin mexaniki təkrara çevrilməməsidir. Şərait dəyişdikcə yeni vəzifələr meydana çıxır, lakin dövlət müstəqilliyi, milli maraqlar və güclü Azərbaycan ideyası əsas istiqamət olaraq qalır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xəttin Zəfər, suverenliyin tam təmin olunması və beynəlxalq nüfuzun yüksəlməsi kimi nəticələrlə tamamlanması YAP-ın siyasi fəaliyyətinin yeni reallıqlar fonunda qiymətləndirilməsini zəruri edir. VIII Qurultayın əsas siyasi məzmunu da məhz burada üzə çıxır: Azərbaycan artıq əvvəlki tarixi mərhələnin problemləri ilə deyil, qazandığı imkanlardan necə daha səmərəli istifadə etmək məsələsi ilə üz-üzədir. YAP üçün bu, yeni məsuliyyət mərhələsidir. Tarixdən gələn siyasi xəttin qorunması ilə yanaşı, onun müasir tələblərə uyğun inkişaf etdirilməsi qarşıdakı dövrdə də əsas vəzifələrdən biri olaraq qalır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Oktyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see256

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see248

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see240

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see236

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see234

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see230

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see224

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see218

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see217

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see216

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see205

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see203

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see200

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see200

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see200

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see199

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see198

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see197

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see194

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri