Icma.az
close
up
RU
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir

Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanın müasir siyasi tarixində Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi yeri onun yalnız siyasi təşkilat kimi fəaliyyət göstərməsi ilə məhdudlaşmır.” 

"Yeni Sabah" xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında səsləndirib.

O, bildirib ki, partiyanın meydana çıxması ölkənin mürəkkəb ictimai-siyasi şərait yaşadığı, dövlətçilik institutlarının ciddi sınaqlardan keçdiyi bir dövrə təsadüf edib. “Prezident, YAP Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər də bu tarixi mərhələyə yeni prizmadan nəzər salmağa imkan verir. Dövlət başçısının “Yeni Azərbaycan Partiyasının yaradılması, yenə də deyirəm, xalqın tələbi idi” fikri partiyanın siyasi dayağının mahiyyətini ifadə edir. YAP-ın yaranması ilə bağlı ən mühüm məqamlardan biri həmin prosesin Heydər Əliyev amili ilə bilavasitə bağlı olmasıdır. O illərdə cəmiyyətdə sabitliyə, idarəçilik təcrübəsinə və milli maraqları qorumağa qadir siyasi iradəyə ehtiyac getdikcə daha aydın görünürdü. İlham Əliyevin qurultayda Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını xalqın tələbi kimi xarakterizə etməsi də məhz bu kontekstdə əhəmiyyət daşıyır. Bu baxımdan YAP-ın siyasi tarixini dövlətçilik ideyasının qorunması və inkişaf etdirilməsi zərurəti ilə birlikdə nəzərdən keçirmək lazımdır.”  pizza mizza

Millət vəkili qeyd edib ki, bu gün həmin tarixi xəttin ən mühüm xüsusiyyəti onun dəyişməz prinsiplərlə yeni şəraitə uyğunlaşmasıdır: “Prezident İlham Əliyev qurultayda Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını vurğulayaraq onun əsas istiqamətlərini müstəqillik, dövlətçilik, iqtisadi inkişaf, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə kimi müəyyənləşdirib. Burada əsas məqam həmin istiqamətlərin dövlət siyasətində bir-birini tamamlamasıdır. Müstəqil siyasi qərarlar üçün iqtisadi imkan, iqtisadi dayanıqlıq üçün güclü dövlət institutları, dövlətin təhlükəsizliyi üçün isə müdafiə qabiliyyəti tələb olunur. Beləliklə, bu istiqamətlər vahid dövlətçilik konsepsiyasını tamamlayır. Son illərin təcrübəsi bu siyasi xəttin praktiki nəticələrini də aydın göstərib. 2020-ci il Zəfərindən sonra qarşıya qoyulan əsas məqsəd ərazi bütövlüyünün tam bərpası idi. Dövlət başçısının sözlərinə görə, bu istiqamətdə bir gün belə fasilə verilməyib və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər müxtəlif cəbhələrdə fəaliyyət göstərilib. VIII Qurultayın ərazi bütövlüyü və suverenliyin tam bərpa edildiyi şəraitdə keçirilməsi də partiyanın siyasi tarixində yeni mərhələyə işarədir. Əgər əvvəlki dövrlərdə əsas məsələ dövlətin mövcudluğunu və müstəqilliyini möhkəmləndirmək idisə, bu gün həmin imkanlar daha geniş inkişaf gündəliyinin əsasını təşkil edir. Bu dəyişiklik YAP-ın qarşısındakı vəzifələrin məzmununa da təsir göstərir. Artıq siyasi fəaliyyət yalnız keçmişin nəticələrinin qorunması ilə məhdudlaşa bilməz. Qarşıdakı mərhələdə iqtisadi gücün artırılması, insan kapitalının inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi, dövlət institutlarının səmərəliliyinin yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi kimi məsələlər ön plana çıxır. Beləliklə, qurultayda səslənən fikirlər YAP-ın fəaliyyətini siyasi irslə gələcəyin dövlətçilik hədəfləri arasında bağlayır. YAP-ın tarixi missiyasının mühüm cəhəti də siyasi varisliyin mexaniki təkrara çevrilməməsidir. Şərait dəyişdikcə yeni vəzifələr meydana çıxır, lakin dövlət müstəqilliyi, milli maraqlar və güclü Azərbaycan ideyası əsas istiqamət olaraq qalır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu xəttin Zəfər, suverenliyin tam təmin olunması və beynəlxalq nüfuzun yüksəlməsi kimi nəticələrlə tamamlanması YAP-ın siyasi fəaliyyətinin yeni reallıqlar fonunda qiymətləndirilməsini zəruri edir. VIII Qurultayın əsas siyasi məzmunu da məhz burada üzə çıxır: Azərbaycan artıq əvvəlki tarixi mərhələnin problemləri ilə deyil, qazandığı imkanlardan necə daha səmərəli istifadə etmək məsələsi ilə üz-üzədir. YAP üçün bu, yeni məsuliyyət mərhələsidir. Tarixdən gələn siyasi xəttin qorunması ilə yanaşı, onun müasir tələblərə uyğun inkişaf etdirilməsi qarşıdakı dövrdə də əsas vəzifələrdən biri olaraq qalır.”


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri